azadses.az » Siyasət » Perunun aparıcı telekanalı Ermənistanın təcavüzü barədə reportaj yayımlayıb

Perunun aparıcı telekanalı Ermənistanın təcavüzü barədə reportaj yayımlayıb

Perunun aparıcı xəbər kanallarından biri “Latina TV”-də efirə getmiş proqramda Ermənistanın təcavüzkar siyasətinin nəticələri, Azərbaycanın torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etməsi, həmçinin regionda yeni reallıqlar yaratmasından bəhs olunub.

“Report” xəbər verir ki, verilişdə telekanalın ölkəmizə ezam olunmuş müxbirinin işğaldan azad olunmuş ərazilərdə lentə aldığı videogörüntülər nümayiş etdirilib, perulu jurnalistin Ağdam, Gəncə və digər şəhərlərimizdə şahidi olduğu erməni terroru və vandalizminin dəhşətverici olduğu vurğulanıb.

Həmçinin süjetdə Qarabağın artıq müzakirə mövzusu olmadığı, Azərbaycanın erməni işğalına son qoyaraq bölgədə yeni reallıqlar yaratdığına diqqət çəkilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, tezliklə iki ölkə arasında çoxdan gözlənilən yekun sülh müqaviləsinin imzalanması regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına, inkişaf və tərəqqiyə xidmət edəcək.

Yayım zamanı məsələ ilə əlaqədar ölkəmizin Perudakı səfiri Məmməd Talıbovdan götürülmüş müsahibə də əksini tapıb. Səfir Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən son hadisələr və ölkəmizin sülh gündəliyi haqqında ətraflı məlumat verib, hazırda Azərbaycan hökuməti qarşısında duran əsas vəzifələrdən birinin vaxtilə etnik təmizləmə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə həmvətənimizin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi olduğunu bildirib. Ermənistanın davam edən mina terrorunun fəsadlarına baxmayaraq, işğaldan azad edilmiş torpaqlarda sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərininin həyata keçirildiyi vurğulanıb.

Diplomat həmçinin, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatına reinteqrasiyasının əhəmiyyətinə toxunub, bu məqsədlə zəruri tədbirlərin görüldüyünü qeyd edib. Xüsusi vurğulanıb ki, BMT missiyası Qarabağa səfəri zamanı yerli erməni sakinlərə qarşı heç bir zorakılıq halı və mülki ictimai infrastrukturda heç bir ziyan qeydə almayıb.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən söz açan səfir M.Talıbov iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin, eləcə də regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib