azadses.az » Siyasət » Qərbi Azərbaycan Xronikası: Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagöl çay

Qərbi Azərbaycan Xronikası: Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagöl çay

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Bars türk etnoniminin adını əks etdirən Alapars” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, süjetdə ermənilərin addəyişmə terroruna məruz qalan Alagüney, Alapapaq, Alapars toponimi, Alagöllər, Alapapaq oronimi, Alagöl çay və Alapars hidronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda qədim türk-oğuz yurdlarının izini silmək üçün haylar hiylələlərə əl ataraq XX əsrdə soyqırımlar törədib, azərbaycanlıları doğma yurdlarından bir neçə dəfə köçürüb, toponimləri dəyişiblər.

Alagöllər - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun ərazisində dağ adıdır.

Alagöl çay - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda çay adıdır.

Alagüney – Zəngəzur mahalının Meğri rayonunda mədən yeridir.

Alapapaq - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində dağ və kənd adıdır. XVIII əsrin axırlarında xarabalığa çevrilən kənd Alapapaq türk tayfasının adı əsasında əmələ gəlib.

Alapars - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində çay və kənd adıdır. Kəndin köklü sakinləri azərbaycanlılar olub və ermənilər buraya 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülüb. 1840-1850-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılıb və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilib.

Sonda vurğulanır ki, tarixi yurdlarımızın izinin itirilməsi erməni millətçilərin məkrli və ədalətsiz siyasətinin əsasını təşkil edib. Amma Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayıb, hər zaman ədalət yolunu tutaraq haqsızlığa qarşı mübarizəsini davam etdirib. Çünki bu ədalət yolu daşlı-kəsəkli olsa da bizi doğma yurdumuza, yaşayış məskənlərimizin abadlığına aparır.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  2. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
  3. Tibetdə güclü zəlzələ olub
  4. Azərbaycan – İran sərhədində növbəti dəfə zəlzələ olub
  5. Naxçıvan DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  6. Xəzər dənizində zəlzələ qeydə alınıb
  7. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  8. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  9. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  10. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar