azadses.az » Siyasət » Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır - RƏY

Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır - RƏY

Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır.

Bu barədə “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan xarici işlər naziri Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyasının Somalidə səfərdə olmasını şərh edərkən deyib.

O, bunun çox əlamətdar hadisə olduğunu bildirib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan rəsmilərinin Somali səfəri həm də Azərbaycan-Türkiyə münasibətləri yeni bir müstəviyə keçməsinin göstəricisidir:

“İki ölkənin əməkdaşlığı digər regionlarda birgə siyasi, iqtisadi addımların atılması səviyyəsinə çatıb. Son vaxtlar Türkiyənin nüfuzu Yaxın Şərqdə və Afrikada, xüsusilə Şimali və Şərqi Afrikada artıb. Türkiyə bu regionlarda bir çox məsələlərdə həlledici aktor rolundan çıxış edir. Məsələn, Liviya və Suriyadakı, həmçinin Somali ətrafındakı proseslərin tənzimlənməsində Türkiyənin müstəsna rolu var. Türkiyənin həmin ərazilərdə siyasi nüfuzunun artması isə Türkiyə-Azərbaycan əməkdaşlığına ciddi təsir göstərir”.

Politoloq buna səbəb kimi isə Azərbaycanın son vaxtlar orta güc qismində çıxış etməsini göstərib. Onun sözlərinə görə, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında deyil, eyni zamanda, Balkan siyasətində və Yaxın Şərqdəki proseslərdə Azərbaycanın nüfuzu hiss olunacaq dərəcədə artıb:

“Azərbaycan-İraq, Azərbaycan-BƏƏ, son vaxtlar isə Azərbaycan-Suriya münasibətləri inkişaf edir. Burada bir çox hallarda Türkiyə bizim müttəfiq və tərəfdaşımız qismində çıxış edir. Yəni tərəfdaş coğrafiyası genişlənir. Şimali Afrikaya da vəziyyət belədir”.

İ.Vəlizadə Azərbaycan-Türkiyə tandeminin formalaşması məsələsinə diqqət çəkərək bildirib ki, Suriya və İraq Kürdüstanında bu şəkildə fəaliyyət göstərilir:

“Artıq həmin geosiyasi tandem Afrikada da genişlənir. Bu, müasir regional siyasətin bir fenomeninə çevrilib. Azərbaycan-Türkiyə münasibətlərinin digər ölkələrdə açıq şəkildə görünməsi ondan xəbər verir ki, bu təcrübə özünü doğruldur. Tərəflər “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin bəndlərini əsas tutaraq artıq beynəlxalq səviyyədə də qarşılıqlı maraqların ifadə edirlər. Yəni əsas götürdükləri prinsipləri reallaşdırırlar. Ən yaxın vaxtlarda hər iki ölkə bunun bəhrəsini görəcəklər”.

Müsahibin sözlərinə görə, bu tandemin digər ölkələrlə qarşılıqlı şəkildə maraqların təmin edilməsi yolu ilə həyata keçirilməsi yeni siyasi reallığın müəyyənləşməsinə gətirib çıxarır və nəticə etibarilə regional təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, bu gün Afrika ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir:

“Son dövrlərdə ölkəmizin Afrika qitəsində fəallığı artıb. Bu məqsədlə Afrikada geniş diplomatik təmsilçiliyə malik Türkiyə ilə də birgə əməkdaşlıq nəzərdən keçirilir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  2. Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
  3. Bakıda ölümlə nəticələnən yol qəzası olub
  4. Şabranda ana və övladı dəm qazından zəhərlənib, biri ölüb
  5. Hövsan qəsəbəsinin mərkəzi hissəsində işıq olmayacaq
  6. Lerikdə zəlzələ olub
  7. İsmayıllı rayonunda zəlzələ olub
  8. Sumqayıtda 17 yaşlı gənc binadan yıxılaraq ölüb
  9. Bakıda şərab evinə bıçaqla hücum edilib
  10. Abşeronda eyvanda paltarını təmizləyən 69 yaşlı kişi yıxılaraq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib. Bu barədə “Report”a Akademik Opera və Balet Teatrından məlumat verilib. Məlumat üçün Ətraflı
Nazir müavini: Bu gün bəzi sahələrin əksər mütəxəssislərini robotlar əvəz edir
Nazir müavini: Bu gün bəzi sahələrin əksər mütəxəssislərini robotlar əvəz edir
Hazırda robotlar insanları əvəz etməyə başlayıb. “Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar