Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Pakistanın Milli Gününə həsr olunmuş tədbirə qatılıb
- 24-03-2025, 09:41
- Siyasət
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Pakistanın Respublika Gününə həsr olunmuş tədbirdə iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Bir daha qardaş Pakistan İslam Respublilkasına Milli Günü münasibətilə ən xoş təbriklərimizi və ən səmimi arzularımızı ifadə edirik”, – səfirliyin sosial şəbəkə hesabında diplomatın sözügedən tədbirdən şəkli əlavə olunaraq qeyd olunub.
Qeyd edək ki, Pakistanın Milli Günü və ya Respublika Günü 1940-cı il martın 23-də Lahor qətnaməsinin qəbul edilməsini əlaqəlidir. Bu sənədlə Britaniya Hindistanındakı müsəlmanlar üçün müstəqil dövlətin yaradılmasının əsası qoyulub. Həmçinin 1956-cı ilin eyni günündə Pakistan öz ilk konstitusiyasını qəbul edib və dominion statusundan tamamilə imtina edərək respublika olub.
Xatırladaq ki, daha əvvəl Şahhüseynov Hindistanın Suriyadakı səfiri İrşad Əhmədlə görüşmüşdü.