azadses.az » Siyasət » Adil Əliyevdən oğlunun maşın kolleksiyası ilə bağlı yayılan xəbərlərlə əlaqədar AÇIQLAMA

Adil Əliyevdən oğlunun maşın kolleksiyası ilə bağlı yayılan xəbərlərlə əlaqədar AÇIQLAMA

Xaricdə yaşayan bloqer Həbib Müntəzir Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, onun iddiasına görə, 23 yaşlı  Ə.Əliyev 99-HA-999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir: “Bildiklərim bunlardır: “BMW X5 M”, “Porsche Panamera GTS” və “Jiquli VAZ-2107” (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə “Cadillac Escalade” sürür. Bəzən nömrəni “BMW X5 M” ilə dəyişərək də qanunsuz olaraq istifadə edir”.

Adil Əliyev öz növbəsində Həbib Müntəzirin iddialarına cavab verərək bu xəbəri təkzib edib:

“Dostlar, Almaniyada yaşayan Həbib Müntəzirə yazdığım cavabı təqdim edirəm. Mənə qarşı küləyin hansı istiqamətdən əsdiyinə özünüz qərar verin.

Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli, nömrə mövcuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub.

Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da “BMW”si var. Küçələr doludur köhnə, işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz.

Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən.

Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik.

Ona görə də bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizin vasitənizlə həyata keçirirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq yalan üzərində qurduğunuz oyunlar cinayətdən başqa bir şey deyil.

Bir də burada kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib