azadses.az » Siyasət » “Azərbaycan əsgəri erməni qadına yardım edərək insanlığını göstərdi”

“Azərbaycan əsgəri erməni qadına yardım edərək insanlığını göstərdi”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Haber Global” kanalına müsahibəsində Qarabağdakı vəziyyətdən və son danışıqlar prosesindən danışıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri bunları qeyd edib:
 
“Azərbaycanın haqlı olduğunu bütün dünyaya çatdırdığı üçün Türkiyə mediasına təşəkkür edirəm. Dünya bunu necə qəbul edəcək, bəzən hələ də eşitməməyə çalışanlar var. Ermənistanın dediklərini eşidərkən, bizə qulaqlarını tıxayanlar var. Hər bir kilsəyə və dünya xristiyanlarına hörmət göstərdik. Təəssüf ki, burada söhbət təbliğat və yalan xəbərlərdən gedir. Məsələn, bura (kilsəyə- red.) raket atıldı deyilir, ancaq kilsə ikonalarına heç bir ziyan dəyməyib. Dünya xristianlarının dini hisslərini də sui-istifadə edirlər. Azərbaycanın məscidlərini dağıtmaqdan çəkinmədilər, məscidlərdə donuz saxladılar.
 Cənab Prezidentimizin də dediyi kimi, bizim Ermənistan xalqı ilə bir problemimiz yoxdu, onların siyasətçilərinin yaratdığı vəziyyətlə problemimiz var. Azərbaycan Suverenliyi daxilində yaşamaq istəsələr, hər cür dəstəyi verməyə hazırıq.
 
Cəbrayıl şəhərini şəkillərdən görürük, bir vaxt 100 min insanın yaşadığı yerdə indi daş daş üstündə qalmayıb, hər şeyi məhv ediblər. Orada yenidən bir həyat yaratmağa ehtiyac var. Bunu da bacaracağıq. Torpaqlar işğaldan azad edilsin, Azərbaycan orada qısa müddətdə gözəl bir şəhər inşa edəcək.
 
Mülki əhalidə heç bir günah görmürük, erməni xalqı ilə birlikdə yaşamağa hazırıq. Müharibənin xüsusiyyətlərinə və çətinliklərinə baxmayaraq Azərbaycan əsgəri bir erməni qadına yardım edərək insanlığını göstərmiş oldu. Ermənilər uşaq, qadın və yaşlı demədən öldürdüyü təqdirdə, bizim rəftarımız fərqli oldu. İnsanlarımızın böyük gözləntiləri var. Bütün sahələrdə fəaliyyətlərimiz davam edir. Ölkəmizə qarşı propaqanda aparılır, ancaq hər müharibə də masaarxası danışıqları tələb edir. Ancaq masada da eyni uğurlarımızı davam etdirəcəyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib