azadses.az » Cəmiyyət » “Fransa kimi cəsarətli olun...” - Belçikalı deputat Jorj Dalleman

“Fransa kimi cəsarətli olun...” - Belçikalı deputat Jorj Dalleman

Dünən, 17 dekabrda Belçika parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi müzakirə olunub.
Bir həftə öncə Belçika Senatında müzakirə olunmuş qətnamə layihəsi bu dəfə Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb. Bu dəfə də ermənilərin Qətnamədə görmək istəmədiyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri qanun layihəsində yer alıb və bununla da Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunması faktı öz əksini tapıb. Hər iki Palatanın xarici əlaqələr komissiyalarının sədrləri Els Van Hoof və Mark Demesmaeker, millətçiliyi və separatçılığı dəstəkləyən fraksiyanın rəhbəri Karl Van Luve, eləcə də “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover və bir sıra qatı ermənipərəst deputatlar BMT Qətnamələri ilə bağlı bəndin layihədən çıxarılmasını təkidlə xahiş etsələr də Nümayəndələr Palatası onların xahişini nəzərə almayıb.
Müzakirələr zamanı hər vəchlə ermənilərin arzusunu həyata keçirməyə çalışan və hər yerdən əli üzülən Georges Dalleman həmkarlarına müraciət edərək deyib: “...Fransa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”. Dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmiş deputat Georges Dallemanın və onun tərəfdarlarının təkidli xahişlərinə baxmayaraq, Qondarma rejimin tanınması və onunla diplomatik əlaqələr qurulması ilə bağlı təkliflər də müzakirə olunub və parlament üzvlərinin çoxluğu tərəfindən rədd edilib.
Xatırladaq ki, hələ bir həftə öncə Belçika Xarici İşlər Naziri parlament qarşısında çıxışı zamanı 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini bildirmiş və Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu deputatların diqqətinə çatdırmışdı.
Beləliklə, Fransa siyasi rəhbərliyinin gözləntilərinin əksinə olaraq Fransa Senatının və Nümayəndələr Palatasının mövqeyi Belçika parlamentində növbəti dəfə dəstək ala bilmədi. Erməni Lobbi təşkilatlarının özlərini güclü hesab etdikləri Belçikada öz məqsədlərinə çata bilməməsi erməniləri və eləcə də bu ölkədə erməni lobbisi hesabına varlanmaq arzusunda olan ermənipərəstləri məyus etdi.
Cavanşir Feyziyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu