Azərbaycan millisinin baş məşqçisi: "Müstəqillik Günündə soydaşlarımıza verə biləcəyimiz ən gözəl hədiyyə Avropa çempionatında qazanılan medallardır"
Azərbaycanın çimərlik güləşçilərinin Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanması çox yaxşı nəticədir.
Bu barədə "Report"a millinin baş məşqçisi Oyan Nəzəriani açıqlama verib.
O, oğlanların yarışında dörd çəki dərəcəsində mübarizə apardıqlarını və üç çəkidə mükafatçılar sırasına düşdüklərini xatırladıb:
"Medal əyarına görə bütün ölkələri qabaqlasaq da, komanda hesabında üçüncü yeri tutduq. Bu, çox yaxşı göstəricidir. Dörd qızıl mükafatdan ikisini Azərbaycan təmsilçiləri əldə etdilər. Bu, olduqca önəmli yarış idi. Çünki 2026-cı ildə təşkil olunacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Çimərlik güləşi də proqrama daxildir. Məsuliyyətli turnirdir. Ona görə də yeniyetmələri o vaxtadək turnirlərdə sınayacağıq. Maksimum nəticə əldə etmək istəyirik".
Mütəxəssis Avropa çempionatının önəmli günə təsadüf etdiyini söyləyib:
"Dünənki nailiyyətlər Azərbaycanın 28 May – Müstəqillik Günündə qazanıldı. Yeniyetmə idmançılarla danışanda xüsusi bir gündə Avropa çempionatında çıxış etdiklərini xatırlatdım. Soydaşlarımıza verə biləcəyimiz ən gözəl hədiyyə əldə olunan medallardır. Uşaqlar da inamı doğrultdular. İki qızıl medalla ölkəmizin bayrağını dalğalandırdılar. Bu, qürurverici hal idi. Bir daha Müstəqillik Günü münasibəti ilə xalqımızı təbrik edirəm. Müstəqilliyimiz əbədi olsun. Qarşıdan gələn yarışlarda da ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik. 2026-cı ildə gerçəkləşəcək Yay Olimpiya Oyunları da çox vacibdir. Dünya ölkələri çimərlik güləşinə yatırımlar edirlər, böyük heyətlə turnirlərə qatılırlar. Bizə dəstək olan başda Azərbaycan Güləş Federasiyasına və bütün əzizlərimizə təşəkkür edirik".
Qeyd edək ki, Ruslan Vəliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionatında qızıl, Rəşid Nazarov (60 kq) bürünc medal qazanıb.