azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Cənab Prezident xalqımızın milli maraqlarının və əmin-amanlığının təminatçısıdır"

Mirsamir Məmmədov: "Cənab Prezident xalqımızın milli maraqlarının və əmin-amanlığının təminatçısıdır"

Son 17 ildə ölkəmizin sürətli yüksəlişi cənab İlham Əliyevin yüksək xidmətlərinin nəticəsidir.  Bu səbəbdən Azərbaycanı İlham Əliyevsiz təsəvvür etmək olmaz. Bütün uğurlarımızın, inkişafımızın, təhlükəsizliyimizin və sabitliyimizin qarantiyası və təminatı‚ məhz cənab Prezidentin qətiyyətli və parlaq siyasətidir.  Bu təminatın əsas meyarları dövlətimizin başçısının müdrik daxili və xarici siyasət strategiyalarıdır. Dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran  Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi. Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir. Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir. Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir. Azərbaycanın dövlət müstəqilliyi‚ suverenliyi bir dövlət olaraq yaradılması xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günkü qüdrətli dövlətimizin var olması Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mövcud oldu. Ulu Öndərdən sonra onun siyasi yolunu, dövlətçilik dəyərlərini və yüksək ideyalarını çox uğurla davam etdirən və Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev də bu yolu şərəf və ləyaqətlə davam etməkdə, eynən Ulu Öndərin bütün əmanətlərini, onun dövlətçilik missiyasını yüksək şəkildə öz çiyinlərində daşımaqdadır. Ulu Öndər Heydər Əliyevdən dövlətçilik dərsi almış, möhtərəm cənab İlham Əliyevin bütün amalı ölkə əhalisinin qayğısına qalmaq, onun ən layiqli xidmətçisi olmaq, dövlətçiliyimizin keşiyində durmaqdır. Göründüyü kimi, ölkə başçısı bütün bu amallara ən yüksək şəkildə xidmət etməkdədir. Məhz bu səbəbdən Azərbaycan sürətlə inkişaf edir, hər bir sahədə öz sözünü dünya səviyyəsində deməkdədir. Hər sahədə olduğu kimi, ordu quruculuğuna da diqqət ayıran möhtərəm cənab İlham Əliyev ordumuzun peşəkar zabitlərdən, yüksək təlim görmüş şəxslərdən təşkil olunmasında var qüvvəsi ilə çalışmışdır. Eynən bununla bərabər, ordumuzun arsenalındakı silahların mütamadi yenilənməsinə, ən güclü və müasir silahlarla təchiz olunmasına hər zaman diqqət yetirmişdir. Məhz ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqəti və qayğısıdır ki, Azərbaycan ordusu, bölgənin ən güclü və ən qüdrətli ordusu hesab olunur. İstənilən hərbi təcavüzə və hərbi hücuma qarşı Azərbaycan ordusu çox sürətli, güclü və effektiv həlledici hərbi cavab zərbəsinə malikdir. Bölgənin bütün ölkələri, Azərbaycan ordusunun bu canlı və texniki hərbi qüvvəsindən xəbərdardır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaı qoyulmuş Milli Ordumuzun, Azərbaycan Silahlı Qüvvələrinin son inkişaf mərhələsi, sürətli güclənməyə nail olması, birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətlərinin bəhrəsidir. Ordumuzun bu qədər güclənməsi, müdafiəmizin yüksək səviyyədə təmin olunması Azərbaycan Prezidentinin orduya qayğısı və diqqəti sayəsində əldə olunan misli olmayan uğurlardandır. Ordu quruculuğu məsələlərində olduğu kimi digər bütün sahələrdə də əldə olunan nailiyyətlər, bütün uğurlar dövlət başçısının apardığı parlaq siyasətinin göstəricisidir. Hər sahədə ölkə rəhbərinin qayğısını görmək olar.   Ölkəyə qarşı erməni lobbisinin və ermənipərəst mərkəzlərin və siyasi dairələrin və ermənipərəst xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bütün anti-Azərbaycan kampaniyalarının, qərəzli addımların və təxribat əməllərinin qarşısında Azərbaycanın müstəqil ölkə olaraq təkbaşına sinə gərməsi, bütün siyasi hücum əməliyyatlarını uğurla dəff etməsi, bütün iyrənc politikalara qarşı layiqli cavab verilməsi dövlət başçısının qüsursuz siyasətindən‚ mükəmməl idarəçilik və dövlətçilik təcrübələrindən qaynaqlanmaqdadır ki, həyata keçirilən siyasət, seçilmiş doğru və dəqiq hesablanmış məqsədlər, ölkəni bütün qüvvələrə qarşı qorumaqda və hifs etməkdədir. Cənab İlham Əliyev hər zaman xalqın xidmətindədir. Ölkəmizdəki təhlükəsizliyin və suverenliyimizin qorunması‚ Ulu Öndər Heydər Əliyevin mükəmməl dövlətçilik ideyalarının və dəyərlərinin yaşadılması da cənab İlham Əliyevin müstəsna xidmətləridir..  Möhtərəm cənab İlham Əliyev Azərbaycanın son 300 illik tarixini yenidən yazdı. Azərbaycan tarixində Nadir Şah Əfşardan savayı heçkim itirilmiş torpağı geri ala bilməmişdir. Sonuncu dəfə Azərbaycan torpaqlarını işğaldan və yadeillilərdən Nadir Şah Əfşar azad etmişdir. Möhtərəm cənab İlham Əliyev qəsb edilmiş torpaqları işğaldan azad edən bir şəsiyyət olaraq Azərbaycanın 300 ildən sonra növbəti sərkərdəlik səlnaməsini yazan‚ tariximizi yeniləyən‚ tarixi təkrar yazan bir lider olaraq dünya tarixinə düşdü. Son 100 ildən bu günə qədər dünyada işğaldan torpaq azad edərək ölkəsinin ərazi bütövlüyünü bərpa edən‚ ölkəsinin suvereniyini daha da möhkəmləndirən ikinci bir şəxs yoxdur.  İşğal edilmiş torpaqları düşməndən azad edən və itirilmiş əraziləri geri qaytararaq ərazu bütövlüyümüzü bərpa edən‚ son 300 ilin tarixini yenidən yazan‚ 300 ilin lideri olaraq dünya tarixində yeni səhifə yaratdı. Son 300 ildə ilk dəfə‚ itirilmiş torpağı düşməndən azad edən şəxsiyyət olaraq fenomen oldu. Artıq bütün dünya tarixi cənab İlham Əliyevi qüdrətli bir lider olaraq qeyd edəcək. İşğal edilmiş torpaqları geri alan bir lider olaraq hər zaman bütün dərsliklərdə‚ digər ölkələrin məktəb dərsliyində dünya tarixindən danışılarkən Azərbaycandan bəhs ediləndə‚ mütləq ilk yada düşən‚ xatırlanan cənab İlham Əliyev olacaq. Bütün dünya tarixi bundan sonra yüz illər dövlətimizin başçısından geniş şəkildə bəhs edəcək. Ömrünü xalqın və dövlətin taleyinə bağlayanların ömrü də onların ömrü qədər uzun olur. Ömrünüz uzun olsun cənab Prezident. Ömrünüz uzun olsun ki‚ xalqımıza və Dövlətçiliyimizə daha çox xidmət etmək imkanınız olsun. ALLAH hər zaman yardımçınız olsun. Cənab Prezidenti 59  yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir‚ işlərində daha da böyük uğurlar və yüksək nailiyyətlər diləyirik. 

 M. Məmmədov politoloq 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?