azadses.az » Cəmiyyət » YAŞLILARA PSİXOLOJİ YARDIM GÜNÜN TƏLƏBİDİR

YAŞLILARA PSİXOLOJİ YARDIM GÜNÜN TƏLƏBİDİR

İnsan daim nədənsə qorxur. Bu hiss onu ömür boyu müşaiyət etməkdədir. Cəmiyyət inkişaf etdikcə, sivilizasiya növbəti dövrlərə qədəm qoyduqca insan qorxularla vidalaşmır, əksinə, onların sayı daha da çoxalmış olur. Ən qədim dövrlərdə adi təbii hadisələr qarşısında aciz, yüngül xəstəliklərə yoluxduqda əlacsız qalan, yad səslərdən təşvişə, heyvan nəriltisindən qorxuya düşən insan dövran dəyişdikcə yeni qorxuların əsirinə çevrilir.

Elm aləmində fobiya kimi tanınan qorxu hər bir insanın bu və ya digər dərəcədə məruz qaldığı və cəmiyyətdə geniş yayılmış bir hadisədir. Tədqiqtçıların bu sahədə ciddi elmi araşdırmalarına baxmayaraq, bir çox fobiyaların hələ də tam məntiqi izahı yoxdur. Fobiya səbəbindən insan müvafiq qorxu ilə bu və ya digər dərəcədə bağlı hər cür obyektdən, hadisədən və fəaliyyət növündən uzaqlaşmağa çalışır.

Yaşa dolduqca qorxu hissi artır və güclənir, insanda əsassız təşviş hissi yaradır. Müasir dövrdə, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində yaşlı insanların cəmiyyətdən təcrid olunması, hər gün dəfələrlə 65 yaşdan yuxarı insanların risk qurupuna aid edilməsinin bəyan edilməsi, onların fəal əmək fəaliyyətindən, doğmaları və yaxınlarından uzaqlaşdırılması, qapalı həyat tərzinə məhkum edilməsi yaşlı insanların hər birinin psixoloji durumuna mənfi təsir göstərir. Bu halda ahıl yaşlı insan özünün ətrafdakılara lazımsız və faydasız olduğu barədə düşünür, bədbinləşir və sarsınır. Nozofobiya (xəstələnmə qorxusu) və autofobiya (təcrid olunma və tənha qalma qorxusu) kimi hisslərin əsirinə çevrilmiş ahıl yaşlı insanı ömrünün sonunda yeni bir fobiya – cəmiyyətin gərəksiz üzvünə çevrilmə qorxusu bürüyür.

Belə bir şəraitdə ahıl yaşlı insanlara xüsusi diqqət və qayğı göstərmək, yüksək həssaslıqla yanaşmaq, onlarla nikbin ruhda rəftar etmək olduqca önəmlidir. Mövcud durum bu cür insanlara psixoloji yardımın nə dərəcədə vacib olduğunu ortaya qoyur. Eyni zamanda, pandemiya cəmiyyət üzvlərinə psixoloji dəstək göstərmək səlahiyyətlərinə malik mütəxəssislərin xüsusi yanaşma tələb edən mövcud şəraitdə səmərəli fəaliyyətə kifayət qədər hazır olmadıqlarını nümayiş etdirdi. Təəssüf ki, nə kütləvi informasiya vasitələrində, nə də sosial şəbəkələrdə cəmiyyətdən təcrid olunmuş yaşlı insanlara xüsusi proqram və ya layihə çərçivəsində məqsədyönlü və sistemli şəkildə psixoloji yardım göstərilməsi ilə bağlı məzmunlu məlumatlara rast gəlinmir.
Yüksəkixtisaslı psixoloq kadrların hazırlığını həyata keçirən ali təhsil ocaqlarının, müxtəlif növ psixoloji mərkəzlərin mövcud olduğu, fərdi qaydada psixoloji yardımla məşşğul olan mütəxəssislərin fəaliyyət göstərdikləri ölkəyə qazilərin psixoloji durumunun bərpa edilməsi məqsədilə xarici ölkə mütəxəssislərinin dəvət edilməsi bu sahədə müəyyən boşluqların olduğunu göstərir. Bu gün psixoloji yardıma təkcə Vətən müharibəsində itki vermiş şəhid ailələrinin, müharibə dəhşətləri ilə üzləşmiş qazilərin deyil, həm də koronovirus pandemiyası səbəbindən cəmiyyətdən təcrid olunmuş yaşlı insanların böyük ehtiyacı var. Ümidvarıq ki, Azərbaycan Psixologiya və Psixoterapiya Assosiasiyası, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyası və “Gənc Psixoloqlar” İctimai Birliyi kimi ixtisaslaşmış qurumlar qocalıq dövrünü qapalı həyat tərzində yaşamaq məcburiyyətində qalmış ahıl insanlara psixoloji yardım göstərilməsi kimi aktual problemi diqqətdən kənarda saxlamayacaq, yaşlılara müvafiq xidmətin göstərilməsi ilə bağlı müəyyən proqram və ya layihə çərçivəsində ölkə psixoloqlarına müvafiq tövsiyələr paketi hazırlayacaqdır.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi mövcud şəraitdə yeni həyat tərzinə çətinliklə alışan yaşlılara psixoloji yardım təşkil etmək niyyətindədir və bu məqsədlə müvafiq qurumlarla, təcrübəli mütəxəssislərlə əməkdaşlıq etməyə hazırdır. Məqsədimiz bilikli və bacarıqlı, təcrübəli və peşəkar psixoloqları ahıl insanlarla görüşdürmək, onlara psixoloji yardım göstərilməsini təşkil etməkdir. İnanırıq ki, yaşlılara həssas münasibətin, diqqət və qayğının miili-mənəvi dəyərlərimiz sırasında olduğunu dərk edən mütəxəssislər çağırışımıza səs verəcək, ahılların psixoloji durumuna laqeyd qalmayacaqlar.

Cəmiyyətin kütləvi şəkildə üzləşdiyi çətinlik yaşlı insanlar tərəfindən daha ağrılı yaşanır. Bu insanların şirin sözə və xoş münasibətə, mənəvi rahatlıq yaradan həssas davranışa ehtiyacı böyükdür. Onları ömür yolunda tənha qoymayaq.

Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib