azadses.az » Cəmiyyət » Mələk Heydərova: "Artıq heç nə əvvəlki kimi olmayacaq" - KÖŞƏ

Mələk Heydərova: "Artıq heç nə əvvəlki kimi olmayacaq" - KÖŞƏ

İndiyə kimi həyatımızın hər dəqiqəsinə qədər planladığımızı düşünürdük. Bayramlar, yay tətili və yeni dərs il ilə bağlı hər bir xəyalı layihə var idi. Bəziləri belə planlı həyatdan da yorulurdu, deyinirdi. Var olmaq özünün planlı məzmunu ilə yorucu olmağa başlamışdı. Yeni sənaye dönəmi və onun texnologiyası yeni yaşam standartı yaratdı, biz hər şeyi eyni qaydada təkrar etməkdən yeknəsək günlər yaşayırdıq. Fərqli, plandan kənar, bilmədiyimiz heç nə baş vermirdi. Yalnız ənənəvi gündəlik qayğılar və Blokun təbirincə desək:
“Gecə, küçə, fənər, aptek,
Mənasız və tutqun işıq.
Yenə yüz il yaşasaq da
Sonu yoxdur. Alışmışıq...”
Bəlkə, buna görə də adi, sıradan olan qayğıları şişirdib dağ boyda edirdik. Dağ ucaldıqca isə onun zirvəsinə çıxıb aşağı baxmağa gücümüz çatmırdı. Özümüz üçün, bəlkə də, azart naminə yaratdığımız problemlər koronavirus kimi içimizi yeməkdən başqa bir nəsnə deyildi. Bir tərəfdən hər şey gün kimi aydın idi. Digər tərəfdən isə insanlıq enişə, mənəvi qüruba doğru gedirdi. Özünü məhvə aparan insan dünyanı da öz arxasınca çağırırdı.
“Su da axmayanda iylənir” deyib Nizami.
Tarix insana o qədər hərəkətli və qorxulu günlər yaşadıb ki, sanki bilə-bilə durmağı özü seçdi. Dördüncü sənaye inqilabını yaşasaq da, daxilən bəsit qalmışdıq və mənəvi inkişaf dayanmış, çarəsiz qaldığı gerçəyi üzə çıxdı. Biz, yəni bütün insanlar bu günümüzlə razılaşıb hərəkət etməkdən qorxduq, çəkindik. Deyir: “sən saydığını say, gör fələk nə sayır”. Fələk də saya-saya Covid-19 dönəmində insan ölümlərini saydı. Saymaqla da gizlətdiyimiz çox tərəflərimizi aşkara çıxartdı.
İndi gələcəyimiz məchul, gələcəkdən xəbərsizik...
Ən böyük qorxumuz da elə budur. Bilmirik, nə və necə olacağıq. Qorxu idrakımızı tamam ələ alıb. Bu günə qədər həyatın axışına uyub gedirdik. Öyrəşdiyimiz seriallar, həmişəki kitablar, eyni janrda filmlər və bazar münasibətlərinin gətirdiyi dəyərlər. Müasir dövrün bizə yaşatdığı həyat tərzindən şikayətlənsək də, qurduğumuz komfortdan kənar yaşamın mümkünlüyünü düşünə bilmirdik. Koronavirus dünyanın altını üstünə gətirdiyi dönəmdə hər şey dəyişdi. İnsanlığı qorxuya salan da bu dəyişiklikdir... Çünki anladıq ki, artıq heç nə əvvəlki kimi olmayacaq.
Qara qu quşlu koronavirus...
Dünyanın siyasətində və iqtisadiyyatında gözlənilməyən və böyük dəyişikliklərə səbəb olan hadisələri “qara qu quşu” adlandırırlar. Bu deyim əslində lap qədim zamanlarda fəlsəfədə rast gəlinsə də, müasir insan bu yanaşma ilə akademik Nasim Nikolasın 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı sayəsində yenidən tanış oldu. Dünyada hadisələrin gedişatını dəyişdirən ölümcül viruslara ad qoymaq adəti Covid-19-dan da yan keçmədi və XXI əsrin pandemiyası “Qara qu quşu” adını aldı. Əslində tarixdə bütün epidemiya və pandemiyaların öz adı olub. Məsələn, “qara ölüm”, “bahar çiçəyi”, “İspan qripi”. Yoluxucu viruslarla ilk tanışlıq elmdə öz adını tapana kimi kütlə ona yaratdığı emosiyaya uyğun ad qoyurdu.
“İspan qripi” vs “Covid-19”...
XX əsrin əvvəlləri dünya İspan qripi ilə çalxalandı. Can itkisinin dəqiq rəqəmləri indiyə qədər bilinmir. Ölümcül “İspan Qripi” ilə təxmini eyni illərə təsadüf edən birinci dünya müharibəsi də insanlığı çıxılmaz bir yola saldı. Ölüm! İnsanlar hansı yola getsələr də, qarşıda ölüm var idi. Hər tərəfdən ölüm iyi gəldiyi o günləri indi koronaviruslu günlərimizlə müqayisə etməyimizin tək bir səbəbi var - qorxu! Bəs, həqiqətəmmi, bizi ölüm qorxudur? ...
Vur və ya qaç!
Qorxu hissi hər bir yeriyən və üzə bilən canlıda mövcud olan təbii hissdir. Bu hiss bizi qoruyur, bizi təhlükəli addımlardan kənar tutur. Qorxu ilə ya üz-üzə gəlirik, ya da ondan qaçırıq. Qaçmağa yerimiz yoxdursa məcbur qorxu ilə üzə -üzə dayanıb, müqavimət göstəririk. Bax elə bu dayanma nöqtəsindən dəyişim başlayır. Biz indi həmin nöqtədəyik. Gedəcəyimiz başqa yol yoxdu. Rəfə qaldıraraq, illərlə tozlarını silməyi unutduğumuz qorxular dörd divar arasında bir-biri qarşımıza keçir.
Vura və qaça bilmədikdə qorxu bizi kütləşdirir. Keyləşən insan nə qərar verəcəyini bilmir. İnsanı həyatını təhlükədən qoruyan bu hiss ömür boyu bu başqa-başqa şəkildə bizi izləyir. Əgər ki, biz heç bir qərar qəbul etmədən, susaraq ömrün pillələrinin addımlayırıqsa, bu da qorxudan irəli gəlir. Heç bir hərəkət etmədən yaşamaq qorxunun yaratdığı ən “qorxulu” reaksiyasıdır.
Etdiyimiz hərəkətin nə ilə nəticələnəcəyini dəqiq bilmirik. Bilinməyən nəticə qarşısında cızdığımız gerçəklikdə özümüzü güvəndə hiss edirik. Bu günə kimi özümüzün yaratdığımız güvən duyğusu ilə yaşamışıq. Alışdığımız həyat tərzi ilə duyğuluramızın yer dəyişməsi, ya da ümumiyyətlə yox olaraq yerini başqa hisslərə verməsi bizi qorxuya salır.
Bəs sonra?
Əslində indi insanlar evdə divarları sədd sanaraq, bütün təhlükələrdən qorunduğunu düşünür. Rahatdır! Tələsəcək yeri, görüləcək işi yoxdur. Onun kimi digər insanların da bu vəziyyəti yaşaması bir az da güvən, rahatlıq hissi verir. Çünki qıcıqlandıracaq, üzəcək, bizi özümüzdən çıxardacaq heç bir hal yaşanmır. Təbii ölüm halından başqa. Ölüm və itirmək qorxusu bizi evə həbs etdi. Yaşadığımız qarışıq duyğular, öz yerini qorxuya verdi.
Gələcək təmiz ağ vərəq kimi qarşımızdadır. Bu gün sağ qalmağı düşünürük. Tək bizi maraqlandıran can savaşında ölməməkdir. Gələcəyi düşünə bilmirik. Çünki bizə məlum olan bütün həyat formaları və planları keçərli olmaya bilər. Gələcək boşdur. Boşluğu doldurmaq, yerində keçmişdən daha mükəmməl həyat inşa etmək gərəklidir. Ölüm qorxusu hələki bilinməyən gələcək qorxusunun qarşısına keçib. Bəs “sabah necə olacaq” qorxusu ilə tək qaldıqda nə olacaq? Ondan da sağ çıxa biləcəyikmi? Vücud olaraq bəlkə də, ruhən isə çoxumuz ölmüş olacağıq...
Yeni böyük depressiya illərinə xoş gəldin, İnsan!
İqtisadiyyatın, incəsənətin, elmin və tibbin sürətlə inkişaf etdiyi dördüncü sənaye inqilabı dövrünü addımlayırıq. XX əsrin əvvəlində yaşanan inkişafı sıçrayışının eynisini yaşayacağıq. Vacib sahələrdə edilən müvəqqəti dəyişikliklər daimi olaraq həyatlarımızda qalacaq. Dəyişimdən qorxaraq ona qarşı çıxanlar, dirənənlər depressiyanın nə olduğunu anlayacaqlar.
Əslində iqtisadi böhran və ya pulsuzluq insanı üzən amillərdən olsa da, depressiya üçün kifayətli səbəb deyil. Amma bu amillərin üzərində bir də mövcud vəziyyət ilə barışmasaq, bax onda depressiya baş verir. 1910-cu illərdə qripin və daha sonra müharibənin yerlə bir etdiyi dünya da yeni sistem qurulması çoxları tərəfindən inkar olunur. Otuz ilə yaxın insanlıq yeniliyə adaptasiya olmaq üçün savaşdı. Sonda dünya qazandı. İnsanlıq isə böyük depressiyaya girdi. Böyük depressiya illərində insan geriləmədi, əksinə bir neçə addım qabağa atladı. Sürətli inkişaf yeni insan tipləri yaratdı. Özlərini qəfəsdə siçan sananlar isə sonda məcbur olub yeni dünya düzənini qəbul etdi. Bəlkə də özünə bənzəyən Miki Maus da ona görə sevdi.
Tarixin ilk səsli cizgi filmi olan Mikki Maus elə o dövrün insanlarının protatipi idi. Siçan Mikkinin başına cizgi filmində min müsibət və bəla gəlir. Ancaq o bütün çətinlikləri aşaraq, qalib olur. Dəyişikliyin qarşısında qorxu və çaşqınlıq keçirdən insan özünü həmin cizgi filmində tapırdı və xoşbəxt sonluğa özünü inandırmağa çalışırdı. İnsanların ümidə, inama ehtiyac var idi. Güldürəcək, gələcəyin yaxşı olacağını vəd edəcək hər nəsnədən yapışırdı. ABŞ-da birinci depressiya dönəmində obraz - ağlayaraq gülən adam - Çarli Çaplin minlərlə insanın xilaskarı olmuşdu.
O günlərdə yaşanan hadisələri istehzalı şəkildə səssiz olaraq təqdim edən balaca adam Çaplin, insanların üzündə çətin vaxtlarda gülüş yaratmağı bacarmışdı. Ən çətin dönəmdə Çaplin qəmli gözləri ilə insanların rəğbəti qaza bilmiş, içdən bədbəxt olsa da insanları xoşbəxt etməyə müvəffəq olmuşdur. Bəs bunun sirri nə idi?...
Halımıza yanan, gizlətdiyimiz və deməyə çəkindiyimiz duyğuları ifadə edən musiqi, şeir və filmləri özümüzdən bir parça hesab edirik və sevirik. Özümüzü hansısa qəhrəmanla eyniləşdir, identifikasiya yaşayırıq. Sevilməyin ilk qanunu sevdiyində öz əksini tapa bilməkdir. Yaşadığımız qorxuları, hissləri və çarəsizliyi özündə əks etdirə biləcək istənilən incəsənət nümunəsi seviləcək.
Vəba günlərinin ən yadda qalan ədəbiyyat ismi Kamyu demişkən: “hamımız dəli olacağıq, bu dəqiqdir”. Mən də deyərdim ki, gəlin bu dəlilikdən istifadə edək və tarixə yeni çaplinlər, mikki mauslar verək...
Sonda, çalışın qara qu quşlarının varlığına alışın və onlarla dost olun. Çünki gələcək Qara Qu Quşlarındadır...
Mələk Heydərova

BAKU.WS
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?