Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib.
"Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib. Bu artımlar üçün Fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq",- nazirlik bildirib.