azadses.az » Cəmiyyət » QADIN – MÜQƏDDƏS VARLIQDIR

QADIN – MÜQƏDDƏS VARLIQDIR



Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adını bəşəriyyət həmişə uca tutmuşdur. Qadın tarixən dünyada ən gözəl varlıq, ən dəyərli həyat mənbəyi hesab edilmişdir. İnsanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb-bəsləyən, öz varlığı ilə dünyaya bəzək verən Qadın qarısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə dünya mədəniyyətini zənginləşdirən əsərlər yaradmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmiş, mükəmməlliyini və müqəddəsliyini israrla vurğulamışlar. Həyatı qadınsız təsəvvür etmək Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir... Doğrusu – mümkün deyil. 
Təqvimdə ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Çox qədim dövrlərdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və dərin hörmət bəslənmiş, Vətənə övlad yetişdirən ana həmişə müqəddəs olmuş, namus, qeyrət və sədaqət rəmzi sayılmışdır. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının adları çoxəsrlik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycan qadını öz dərin zəkası və incə qəlbi, vəfası və sədaqəti, mərdliyi və qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmuş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır. 
Qədim tariximizin və zəngin mədəniyyətimizin parlaq səhifələri həm də ana və bacılarımızın adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan, elimizi və xalqımızı dünyaya tanıdan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, alimlər və siyasi xadimlər bəxş etmişdir. Doğma yurdun, Vətən torpağının təcəssümü olan ana məfhumu xalqımızın təfəkküründə xüsusi yer tutur, müqəddəslik rəmzi sayılır. Əbəs yerə deyildir ki, doğma Azərbaycanımıza Ana Vətən deyə səslənirik.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...” 
Uzun əsrlər boyu Azərbaycan qadını həm gözəl ana, həm də vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, xalqına layiqincə xidmət etmiş, ən gözəl mədəniyyət və incəsənət nümunələrini yaradmış, igidlərimizlə çiyin-çiyinə yağılarla vuruşmuş, elinin torpağını, evinin ocağını düşməndən qorumuş, at belində qılınc çalıb haqq və ədalət yolunda qanını və canını əsirgəməmişdir.
Bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalan XX əsr Azərbaycan qadınının nəyə qadir olduğunu bir daha sübuta yetirmiş oldu. Dövlət idarəçiliyi, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandıqları nailiyyətlər onun çox böyük potensiala malik olduğunu nümayiş etdirdi. 
Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, qadınlarımız ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatın fəal iştirakçısına çevrilirlər. Müasir Azərbaycan qadını dövlətin və xalqın gələcəyi üçün mühüm və taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verən Azərbaycan qadınlarının cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Sonsuz ehtiram sahibi olan Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Bu cür fəal həyat mövqeyi qadınlarımızın sahib olduqları milli şüur və malik olduqları tarixi ənənələrlə yanaşı, ölkəmizdə uğurla həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. 
Dövlət müstəqilliyinin bərpa edildiyi dövrdən başlayaraq, qadınların ölkənin ictimai-siyasi həyatına qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirlərinə diqqət yetirək: "Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin ali orqanlarında, elm və təhsil müəssisələrində, mədəniyyət və səhiyyə ocaqlarında böyük əzmlə və yüksək məsuliyyətlə çalışırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nın xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda öz zəngin fəaliyyəti, böyük bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir olduğunu beynəlxalq ictimaiyyətə layiqincə nümayiş etdirir. 
Ölkə Prezidentinin hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik onun zərif cinsin nümayəndələrinə yüksək diqqət və ehtiramının təcəssümüdür. Ölkə rəhbəri dövlətimizin qazandığı uğurlarda qadınların rolunu bu cür dəyərləndirir: "Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər".
Məlum olduğu kimi, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO 2021-ci ili İslam aləmində “Qadın İli” elan etmişdir. Bu addım nüfuzlu beynəlxalq təşkilatın ayaqları altında cənnətin olduğu vəsf edilən ana adlı qadına diqqət və hörmətin təzahürüdür. Amma qadına həssas və qayğılı münasibətə, sevgi və diqqətə bir il yox, bir insan ömrü də həsr edilsə - azdır.
Şərəfli ana adını daşıyan qadın – müqəddəs varlıqdır. Ona biganə olmaq – qəbahət, hörmətsizlik etmək – cinayətdir. Vətənə layiqli övlad bəxş edən, övladı Vətən uğrunda mücadilədə şəhidlik zirvəsinə ucalan qadın müqəddəslik meyarı olmaya bilməz. 
Bəşəriyyətin ən həssas və qayğıkeş, ən zərif və incə, ən müqəddəs və əlçatmaz varlığı olan QADIN, sən həyatın mənası, bəzəyi və əbədi gözəlliyisən. Ən ali mənsəbə, dərin hörmətə və ülvi məhəbbətə layiqsən. 
Günün mübarək! İlin mübarək! Varlığın mübarək!

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?