Antiseptiklərin üç əsas təhlükəsi açıqlanıb
- 9-05-2021, 11:00
- Cəmiyyət

URA.ru bununla bağlı rusiyalı infeksionist Tatyana Çalenkonun fikirlərini çatdırıb.
Həkimin sözlərinə görə, antiseptiklər ilk növbədə dərinin normal mikroflorasını pozur.
“Bu (dərinin mikroflorası) təbii müdafiədən başqa bir şey deyil və onu məhv edərək bəzi patogen floranın inkişafına töhfə veririk”, - deyə o bildirib.
Antiseptiklər həmçinin dəridə quruluq yaradır, bundan başqa mikroorqanizmlərin istifadə olunan antiseptiklərə qarşı müqaviməti yaranır.
Çalenko onu da vurğulayıb ki, satışda tərkibində metil spirti olan çox sayda saxta antiseptiklər var və bununla tənəffüs edildikdə toksik zədələnmə almaq mümkündür.
Həkim qorunmaq üçün bu mənada ən yaxşı müdafiə vasitəsinin əlləri sabun və su ilə yumaq olduğunu vurğulayıb.