azadses.az » Cəmiyyət » Bu, dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcək: “Baku Steel Company”dən yenilik

Bu, dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcək: “Baku Steel Company”dən yenilik

Qafqazın metallurgiya sahəsində lider şirkəti olan “Baku Steel Company” nəinki Azərbaycanda və regionda, bütün dünyada bu sahədə ilk dəfə gerçəkləşək bir startap layihəni həyata keçirməyə hazırlaşır. Layihə istehsal prosesində süni intellektin tətbiq olunması ilə bağlıdır.

Yeniliyin mahiyyəti metal əritmə prosesində elektrik qövs sobasında süni intellektdən istifadə edilməsindən ibarətdir. Hazırda ərinti zamanı 60 tonluq sobaya şixtə verilməsi üçün metalın sıxlığından asılı olaraq 3-4 badya yüklənir. Badyaların sobaya verilməsini və metalın əridilməsi prosesini isə poladəridənlər nəzarətdə saxlayırlar. Lakin badyaların boşaldılması və ərinti getdiyi zaman müxtəlif səbəblərdən hər dəfə 1-2 dəqiqəlik gecikmə baş verir. Gecikmə həm iş prosesində elektrik enerjisinin israf olunması, həm də həmin müddətdə istehsal həyata keçmədiyindən məhsul itkisi deməkdir.

Yeni layihənin tətbiqi ilə isə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. Həm ərintinin getməsi, həm qatqıların əlavə edilməsi, həm də digər lazım olan proseslər üçün lazımi parametrlər və məlumatlar kompüterin yaddaşına daxil ediləcək və proses avtomatik rejimdə tənzimlənəcək. Yəni insan faktoru minimuma endiriləcək və poladəridənlər sadəcə işin gedişatına nəzarət edəcəklər. Hər hansı gecikmə olduğu təqdirdə sistem dərhal xəbərdarlıq edəcək və lazımi tədbirlər görüləcək. İlkin hesablamalara görə, bu startap tətbiq olunarsa, sutkada 24 saat işləyən zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etməklə gəlirlərini daha da artıracaq.

Layihənin proqramlaşdırma işini “Baku Steel Company” MMC-nin sifarişi və texniki tapşırıqları əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) həyata keçirəcək. Bununla bağlı artıq “Baku Steel Company” MMC-nin Baş direktoru Kamal İbrahimov və ADNSU-nun rektoru Mustafa Babanlı arasında keçirilən görüşdə razılıq əldə edilib. Proqramlaşdırma işlərinə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə irsinin davamçısı, dünya şöhrətli azərbaycanlı alim, ADNSU-nun professoru Rafiq Əliyev, texniki tərəfdən isə işlərin gedişinə BSC-nin Baş direktorunun istehsalat üzrə 1-ci müavini Ramin Kərimov rəhbərlik edəcəklər.Birgə layihənin bir il ərzində tamamlanması nəzərdə tutulur. Onun ilkin mərhələdə sobada metalın əridilməsində, daha sonra isə sobadan kənar müxtəlif polad markalarının korrektə olunmasında, eləcə də boruların termiki emalında tətbiq edilməsi planlaşdırılır. Bəzi detalların dəqiqləşdirilməsindən sonra yaxın günlərdə bununla əlaqədar BSC ilə ADNSU arasında müqavilə imzalanacaq.

Qeyd edək ki, patentləşdirildikdən sonra bu startapı müəlliflik hüququ əsasında metallurgiya sahəsində dünyada fəaliyyət göstərən digər şirkətlər də istehsalı optimallaşdırmaq məqsədilə ala biləcəklər. Artıq layihəyə maraq göstərən xarici şirkətlər də var.

Xatırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.

“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür.

BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu