Ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadınla bağlı - Rəsmi açıqlama
- 26-01-2022, 22:37
- Cəmiyyət

“Azadsəs.az” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir:
“Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.
Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb.Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib.
Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”.