azadses.az » Cəmiyyət » "İngiltərədə səfirliyimizə qarşı törədilmiş vandallıq aktı ermənilərə dəstək xarakteri daşıyır"

"İngiltərədə səfirliyimizə qarşı törədilmiş vandallıq aktı ermənilərə dəstək xarakteri daşıyır"

Bu baş verən vandallıq hadisəsi elə bilavasitə ermənilərin sifarişidir. Çünki‚ dünyadakı bütün şiə quruplaşmaları ermənilərlə çox yaxın dostluq münasibətindədir və bütün radikal şiə quruplaşmaları ermənilərlə eyni siyasətə xidmət edirlər.

Bu fikirləri mətbuata açıqlamasında‚ Londondakı Azərbaycan səfirliyinə baş vermiş hücum və vandallıq aktına münasibət bildirərkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədov əlavə edib ki‚

Londonda Azərbaycan Səfirliyinə olunan hücum çox qaranlıq məqamlardan xəbər verir. Ermənilərin Qarabağda təxribat və terror törətməsinin fonunda İngiltərədə radikal terrorist bir cərəyanın Azərbaycan Səfirliyinə hücum etməsi eyni siyasi məqsədi güdür. Böyük Britaniyadakı bu radikal Şiə qruplaşmasınən ermənilərlə birbaşa əlaqəsi vardır. Azərbaycan ordusunun "Qisas" əməliyyatı keçirtməsi xaricdəki ermənipərəst şiə cərəyanlarını da hərəkətə gətirib. Tehran rejimi ilə birgə Avropa və Qərbdəki radikal şiə quruplaşmalarının aktivləşməsi erməni lobbisinin sifarişidir. Qarabağda Azərbaycan ordusunun anti-terror əməliyyatı keçirtməsindən dərhal sonra məlumat yayıldı ki‚ İran Azərbaycanla sərhədə hərbi texnika və canlı qüvvə toplayır. Bunun fonunda özünü "Mehdinin xidmətçiləri Birliyi" adlandıran terrorist və təxribatçı radikal Şiə quruplaşması vandallıq edərək Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edərək Azərbaycan bayrağına qarşı vandalizm akti törətməsi ermənilərə və terrouna dəstək xarakterli törədilmiş əməldir. Londondakı səfirliyimizə hücum halı özlüyündə terror əməlidir. Hər hansı bir ölkənin səfirliyinə zor yolu ilə daxil olmaq birmənalı olaraq artıq terror aktıdır. Burada məqsəd Azərbaycanın gözünü qorxutmaqdır. Bu kimi halın bir daha İngiltərə və ya başqa ölkədə bir daha təkrarlanmayacağına və növbəti əməlin qanlı insidentsiz olmayacağına heçkim zəmanət verə bilməz. Aydındır ki‚ bu radikal ekstremist şiə quruplaşması dünyanın bir çox yerində hər hansı bir qanlı hadisəni törədə biləcək təşkilatlanmaya sahibdir. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist və terrorist cərəyanın törətdiyi bu vandalizm aktının məqsədi ermənistana dəstək xarakteri daşıyır. Bu ekstremistlər beynəlxalq hüquqla ağır cinayət törədiblər və ən ağır şəkildə cəzalanmlıdır. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist cərəyan terrorist quruplaşma elan edilməli və beynəlxalq hüquq qarşısında mühakimə edilməlidir.

Bu hadisənin ən maraqlı və qaranlıq tərəfi ondan ibrətdir ki‚ İngiltərə xüsusi xidmət orqanları‚ hüquq mühafizə‚ kəşfiyyat və təhlükəsizlik orqanları bu kimi ekstremist‚ terrorist cərəyanın inkişaf etməsinə və İngiltərədə səfirliyə hücum edəcək qədər qüvvətlənib azğınlaşmasına necə yol verib?? Hər kəsə məlumdur ki‚ İngiltərə kəşfiyyatı və təhlükəsizlik orqanları dünyanın ən güclü xüsusi xidmət orqanlarındandır. Mümküm deyil ki‚ İngiltərə kəşfiyyatında bu hadisə barədə öncədən məlumat olmasın. Şübhəsiz ki İngiltərə kəşfiyyatı bu hadisənin baş verəcəyindən öncədən məlumatlı olub. Çünki dünyanın istənilən bir nöqtəsində baş verən və baş verəcək hadisədən İngiltərə kəşfiyyatı öncədən xəbər tutur. İndi Londonun mərkəzində hər hansı ekstremist cərəyanın toplaşaraq səfirliyə hücum edir‚ amma İngiltərə kəşfiyyatının‚ təhlükəsizlik orqanlarının bundan xəbəri olmur. Bu çox gülünc haldır. Əvvəla hər bir dövlət öz daxilindəki səfirlik binasını qorumağa borcludur. İngiltərə hüquq mühafizə orqanları Azərbaycan səfirliyinin inzibati binasını mühafizə etməli olduğu halda‚ belə görünür ki‚ Azərbaycan səfirliyinin binası mühafizəsiz olub. Niyə?? Hara baxırmış İngiltərə polisi və hüquq mühafizə orqanları?? İngiltərə hökuməti baş verən hadisəyə açıqlama verməlidir. İngiltərə polisi nədən boşluq yaradıb? Görünən odur ki‚ İngiltərə polisi ciddi səhlənkarlıq edib və vəzifəsini qətiyyən icra etməyib. Amma nədən?? Bu suala cavab olmalıdır. Bizim İngiltərə ilə yaxın dostluq münasibətimiz var. Baş verən təxribat və vandallıq hərəkətinə biganə yanaşmaq Azərbaycan və İngiltərə arasındakı yaxın dostluq münasibətlərinə zərbədir. Bu vandallıq aktının məhz İngiltərədə törədilməsini planlayanlar Azərbaycan və İngiltərə əlaqələrinə zərbə vurmağa və İngiltərə ilə Azərbaycanın münasibətilərini pozmağa çalışıb. Odur ki‚ ümid edək ki‚ İngiltərə hökuməti bu məsələyə ciddi yanaşacaq və İngiltərə dövləti hadisəni ciddi araşdırıb əsl səbəbkarları və cinayətkarları layiqincə cəzalandıracaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib