azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Azərbaycan hər zaman beynəlxalq hüququn bütün normalarına əməl edib"

Mirsamir Məmmədov: "Azərbaycan hər zaman beynəlxalq hüququn bütün normalarına əməl edib"

Azərbaycan dövləti bu günə qədər bütün beynəlxalq qanunlara və öhdəliklərə əməl edib. Sülh danışıqlarında da yalnız  beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyümüzün qorunması seqmentindən çıxış edib. Amma işğalçı ölkə isə bu günə qədər beynəlxalq hüquq və normaların bütün konsepsiyalarını pozmuşdur. Nə danışıqlar masasında konstruktiv mövqe tutmuş‚ nə hərb meydanında təxribatçı və terror ehtiva edən hərəkətlərindən əl çəkib. Əlbəttə ki‚ işğalçı ölkə törətdiyi hərbi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cəzalandırılmalıdır.. Bunu ermənistanın təxribat məqsədilə dövlət sərhədlərimizə göndərdiyi Diversiya-kəşfiyyat dəstələrinin ifşa edilərək zərərsizləşdirilməsindən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov əlavə edib ki‚ işğalçı ölkə mütamadi olaraq Azərbaycan sərhədlərinə qarşı təxribat halları törədir. Tez-tez kəşfiyyat diversiya qurupları göndərir. Arabir erməni PUA-ları sərhədlərimizdə uçmağa təşəbbüs göstərir. Əlbəttə ki‚ Azərbaycanın beynəlxalq qanunlarla və hərbi müdafiə qaydalarına uyğun olaraq özünü müadiə hüququ vardır. Bu səbəbdən sərhədlərimizə yaxınlaşan bütün pilotsuz uçuş aparatları və qanuni səhədlərimizə zorla daxil olmaq istəyən erməni kəşfiyyat dəstələri daim güclü ordumuz tərəfindən zərərsizləşdirilib. Sərhədlərimizə yaxınlaşan həmin kəşfiyyat dəstələri terror aktları da törədə bilərlər. Odur ki‚ beynəlxalq səviyyədə qəbul edilən qanunlarla hər bir ölkənin və dövlətin öz ərazi bütövlüyünü və suvenliyini qorumaq hüququ var və ermənistan isə Azərbaycanın beynəlxalq qanunlarla qorunan ərazi bütövlüyünə qarşı daim təhlükə törətməyə çalışıb. Əvvəla ermənistan işğalçıdır və BMT Təhlükəsizlik Şurasının bunu təsdiq edən 4 ardıcıl qətnaməsi var. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan və qəbul edilən 20 faiz torpağını ermənilər işğal edib. BMT Təhlükəsizlik Şurasının isə ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsi barədə 4 qətnamə mövcuddur. Halbuki‚ BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin icrası məcburi xarakter daşıyır. Yəni ermənistan bu BMT qətnamələrini dərhal icra etməli və Azərbaycan torpaqlarını tərk etməyə məhkum olduğu halda‚ əksinə olaraq Azərbaycanın Dövlət sərhədlərinə qarşı mütamadi təxribat hücumları həyata keçirir. Eyni zamanda səhədlərimizə kəşfiyyatçı dəstələr göndərməyə davam edir. Silahlı Qüvvələrimiz isə çox çevik və operativ davranaraq erməni kəşfiyyatçılarını zərərsizləşdirərək bir erməni kəşfiyyatçısını əsir götürmüşlər. İndi erməni tərəfi hay küy salaraq erməni kəşfiyyatçısının hüquqlarını qorumağa çalışırlar. erməni tərəfi əsir etdiyi heçbir Azərbaycanlını və mülki vətəndaşı geri verməyib və əksinə olaraq onlara ağır işgəncələr verilib‚ birinci Qarabağ müharibəsində ələ keçirilən Azərbaycanlı mülki əsirlərin daxili orqanları çıxarılaraq xarici bazarlarda satılıb. Hazırda isə Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənistanda işgəncə altındadır. Hazırda erməni kəşfiyyatçısına qarşı beynəlxalq qanunlarla davranılır və Azərbaycan tərəfi hər zaman beynəlxalq hüququn bütün normalarına əməl edib‚ bu günə qədər beynəlxalq hüquq normalarının və qanunların əksinə olacaq heç bir addım Azərbaycan tərəfindən atılmamışdır. Azərbaycan Dövlətinin atdığı bütün addımlar beynəlxalq hüquqa və normativ hüquqi aktlara uyğun olub. ermənistan isə daim bunun əksini edib və 20 faiz Azərbaycan torpaqlarını işğalda saxlamaqla bərabər‚ mütamadi ərazilərimizi‚ mülki vətəndaşlarımızı və sərhədlərimizi iri çaplı silahlardan atəşə tutaraq beynəlxalq qanunların ziddinə olaraq hərbi cinayətlər həyata keçirir. Son olaraq da ərazilərimizə və hərbi obyektlərimizə qarşı keçirtmək istədiyi Diversiya-kəşfiyyat hərəkətləri də ermənilərin növbəti bir təxribat və terror aktı törətmək məqsədi daşıyırdı ki‚ bunun da qarşısı qəhrəman əsgərlərimiz tərəfindən dərhal alındı. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?