azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Ermənilər Fransa və İranın diktəsilə bölgədə terror yaratmağa çalışır"

Mirsamir Məmmədov: "Ermənilər Fransa və İranın diktəsilə bölgədə terror yaratmağa çalışır"

Ermənilər qəsdən və məkrli şəkildə sərhədlərimizə təxribat xarakterli silahlı hücumlar edərək və Dövlət sərhədlərimizi atəşə tutaraq sülh danışıqlarından yayınmağa can atır..
Bunu erməni silahlı birləşmələrinin son günlər sərhədlərimizi atəşə tutmasından və sərhədlərimizə qarşı intensivləşən silahlı terror hücumlarından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ ermənilər‚ Fransa və qonşuluqdakı İran dövlətinin diktəsi və təlqinləri ilə mütamadi olaraq Azərbaycanın Dövlət sərhədlərini atəşə tutaraq təxribat törədir. Bu hal birmənalı olaraq terror əməlidir. Fransa və qonşuluqdakı İran dövləti erməniləri müharibəyə təhrik edərək bölgədə terror dalğası əsdirməyə‚ sabitliyi və təhlükəsizliyi pozmağa çalışırlar. ATƏT-in Minsq Qrupunun həmsədr ölkələri də son aylarda ciddi ermənipərəstlik etməkdədir. Rusiya və Fransanın mövqeyi aydın və başadüşülən olsa da‚ ABŞ-ın ermənipərəst mövqeyi qətiyyən başa düşülən deyil. Birləşmiş Ştatlar hökumətinin ermənipərəst mövqeyi‚ ABŞ səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı Diplomatik korpusların və xarici ölkə səfirlərinin iştirakı ilə Şuşaya birgə təşkil etdiyi rəsmi səfərdən imtina etməsi və ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya getməməsi Azərbaycan ictimaiyyətində həddsiz narazılıq və etiraz yaratdı. Bu hal Azərbaycan ictimaiyyətində‚ ermənilərə dəstək halı kimi xarakterizə olundu.
Fransaya gəlincə‚ belə demək mümkünsə Fransa faktiki olaraq ikinci bir erməni dövlətidir. Əgər Fransa dövləti erməniləri bu qədər çox sevirsə‚ erməniləri Qafqazdan Avropaya‚ öz ərazisinə köçürtsün və öz ərazisində erməni dövləti yaratsın. Fransanın öz ərazisi böyükdür və orada bir neçə dənə erməni dövləti yaratmaq olar. Bizim ermənilərə veriləcək torpağımız yoxdur. Dövlətimizin başçısı da ifadə etdi ki‚ öz ərazilərində erməni dövləti ysratsınlar‚ Azərbaycanda yox.
ermənipərəst dövlətlərin diktəsi ilə cəsarətlənən zavallı və daxildən çürümüş ermənistan bizim Dövlət sərhədlərimizi atəşə tutaraq sülh danışıqları proseslərindən yayınır. Ermənilərin Naxçıvan‚ Kəlbəcər və bir neçə yerdən Dövlət sərhədlərimizə təxribat və terror hücumu təşkil etməsi sülh danışıqları prosesindən yayınmaq cəhdidir. Sülh danışıqları prosesi ilk öncə qonşuluqdakı İran dövlətinə sərf etmir və bu səbəbdən erməniləri silahlandıraraq Azərbaycanın Dövlət sərhədlərinə və sərhəddə dayanan əsgərlərimizə atəş açdırır‚ terror hücumları həyata keçirtdirir. Ermənilərin bu terror əməlləri nəticəsində Naxçıvanda bir əsgərimiz yaralanıb‚ Kəlbəcərdə isə bir əsgərimiz xain erməni gülləsi ilə şəhid olub. Bu‚ birmənalı olaraq terror aktıdır. Ermənilərin teror və təxribat əməllərinin arxasında birbaşa Fransa və İran dövləti dayanır. Hər iki ermənipərəst məkrli dövlət bölgədə sabitliyi pozmaqda‚ terror hadisəsi törətməkdə‚ milli və irqi zəmində münaqişə yaratmaqda birmənalı şəkildə günahkardır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib