azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Dünya birliyi işğalçı ermənistana qarşı ağır sanksiyalar tətbiq etməlidir"

Mirsamir Məmmədov: "Dünya birliyi işğalçı ermənistana qarşı ağır sanksiyalar tətbiq etməlidir"

Dinc sakinləri atəşə tutmaq birmənalı olaraq terror aktı və hərbi cinayətdir. Ermənistana qarşı illərdir bəyanatlar səslənir‚ amma bu bəyanatlar faktiki olaraq nəticəsizdir. Əgər bəyanatlar və çağırışlar onillərdir səmərəsiz və nəticəsiz qalıbsa‚ artıq işğalçı ölkəyə qarşı ciddi sanksiya tətbiqinə başlanmalıdır.. Bunu Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirtdiyi təxribatı və dinc sakinlərimizi atəşə tutması nəticəsində başlanan hərbi əməliyyatlardan və ermənilərin hərbi cinayətlərindən danışan siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ göründüyü kimi ermənilər mütamadi dövlət sərhədlərimizə qarşı təxribatçı hücumlar həyata keçirir və dinc və əliyalın sakinləri‚ sivil insanları daim atəşə tuturlar. erməni tərəfinin dövlət sərhədlərimizə qarşı həyata keçirtdiyi təxribat və provokativ addımlar‚ dinc sakinlərimizi hədəf alması və sivil insanların yaşayış yerlərinə raket atması beynəlxalq qanunlarla hərbi cinayət sayılır. ermənistan tərəfi beynəlxalq qanunları və beynəlxalq fundamental hüquq normalarını ağır şəkildə pozaraq hərbi cinayətlərə imza atır. Özgənin beynəlxalq qanunlarla tanınan ərazilərinə təxribatçı və işğalçı hücumlar etmək‚ dinc sakinləri iriçaplı silahlardan atəşə tutmaq‚ günahsız insan ölümünə səbəb olmaq beynəlxalq qanunlarla ağır cinayətdir‚ hərbi təcavüz və terror aktıdır. Beynəlxalq birlik isə ermənistanı dərhal bu hərbi cinayətlərinə görə dərgal cəzalandırmalı və işğalçı ölkə‚ Azərbaycana qarşı həyata keçirtdiyi hərbi təxribatlarına görə beynəlxalq qanunlar qarşısında mühakimə olunmalıdır. Amma beynəlxalq birlik‚ münaqişənin həllində birbaşa vasitəçi olan qurumlar və məsələnin həlli üçün birbaşa beynəlxalq mandata sahib olan ATƏT-in Minsq Qrupunun fəaliyyəti faktiki olaraq sıfıra bərabərdir və hətta mənfiyə doğrudur. Uzun zamandır ki‚ ATƏT-in Minsq Qrupunun ermənistan tərəfinin təxribat və provokativ hərkətlərinə‚ sülh danışıqlarından yayınmaq cəhdlərinə göz yumması danışıqlar prosesinin ruhuna zərbə vurdu və bu hal isə ermənipərəstliyin açıq təzahürüdür. Məsələnin həllinə birbaşa vasitəçiliyi öz öhdəsinə götürmüş və tərəflər arasında hüququ normaların qorunmasına‚ Qarabağ məsələsinin ədalətli həllinə məsul qurum kimi öhdəlik daşıyan Minsq Qrupu ermənistanın işğalçılıq siyasətinə‚ təxribat və terror xarakterli provokativ hərəkətlərinə qarşı beynəlxalq səviyyədə məhz beynəlxalq qanunlarla prosedurlar başlatmalı olduğu halda erməni təxribatlarına göz yumdu. Bütün bu hallar isə Azərbaycanı güc yolu ilə öz qanuni torpaqlarını düşmən tapdağından azad etməyə sövq etdi. Bu‚ Azərbaycanın hüququdur. ermənilər münaqişədə mütamadi dinc sakinləri atəşə tutub‚ müharibəyə aidiyyatı olmayan sivil insanlara dinc və əliyalın mülki sakinlərə daim atəş açılıb. Ermənistanın işğala davam etməsi və  mülki sakinlərin atəşə tutulması münaqişəni daha da alovlandıran haldır və təbiiki münaqişədə hərbi toqquşma qaçılmaz idi. Məhz ermənistan tərəfin təxribatları və işğala davam etməsi‚ dövlət sərhədlərimizə təxribat və provokativ hücumları‚ dinc sakinləri‚ mülki vətəndaşları‚ yaşayış yerlərini‚ evləri təsərrüfat sahələrini daim atəşə tutması və terror hücumları təşkil etməsi Azərbaycanı lazımı ölçü götürməyə məcbur etdi. Bu gün cəbhədəki hərbi əməliyyatlar zamanı da ermənilər mülki insanları‚ dinc sakinləri və yaşayış evlərini və müharibə zonasından kənar və uzaq əraziləri atəşə tutur. Bu hal hərbi cinayətdir. Beynəlxalq hərbi qanunlara əsasən mülki vətəndaşlara‚ əliyalın dinc sakinlərə‚ müharibəyə aidiyyatı olmayan şəxslərə və ərazilərə güllə atmaq və təsərrüfat sahələrini‚ yaşayış evlərini hədəfə almaq qəti qadağandır və hərbi cinayət sayılır. Bu‚ birbaşa teror əməlidir. Ermənistan bu cinayətlərin hamısına imza atıb. Bu münaqişədə ermənistanın bölgəsəl müttəfiqləri və dəstəkçiləri işğalçı ölkəni Azərbaycana qarşı silahlandırır. Ermənistan rəhbərliyinin hazırkı mövcud siyasəti vandalizm və terrorizm siyasətidir. Bəzi qüvvələrin ermənistana silah‚ hərbi-sursat və müzdlu döyüşçülər göndərməsilə bölgədə terror ocaqları və təhlükə mənbəyi yaradılır. Azərbaycan isə özünü müdafiə məqsədilə ermənistanın Azərbaycana olan hərbi təcavüzünə və dinc sakinlərimizin‚ mülki vətəndaşlarımızın atəşə tutulmasının qarşısını almaq məqsədilə anti-terror və ərazilərimizin işğaldan təmizlənmə əməliyyatı həyata keçirir. Azərbaycanın öz ərazi bütövlüyünü‚ mülki sankinlərin təhlükəsizliyini qorumaq və teror hücumlarının qarşısını almaq hüququ vardır və bunu etməlidir. Erməni işğalı və ermənilərin törətdiyi vandalizm və terrorizm aktları nəticəsində Azərbaycana 500 milyard dollardan artıq maddi ziyanlıq dəymişdir. Hazırda erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanlığın həcmi daha da artmaqdadır. Azərbaycan bu münaqişədə haqqlıdır və işğala‚ terrora məruz qalan tərəfdir və Dünya birliyi Azərbaycanın haqqlı mövqeyinə dəstək verməli‚ işğalçı ölkəyə qarşı cəza tədbirləri həyata keçirilməli və sanksiya tətbiq edilməlidir. Ermənistan hərbi cinayətlərinə‚ Azərbaycan torpaqlarını işğalda saxladığına və dinc sakinlərimizi qətlə yetirərək terror aktları törətdiyinə və dövlət sərhədlərimizə qarşı daim qəsbkarlıq və təxribat məqsədilə təcavüzkar hücumlar həyata keçirtdiyinə görə beynəlxalq qanunlarla mühakimə olunmalıdır. İşğalçı ölkəyə qarşı beynəlxalq birlik‚ BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq işğala və terora davam etdiyi və Azərbaycana 500 milyard dollardan artıq  maddi ziyanlıq vurduğu üçün sanksiya tətbiq edilməsi beynəlxalq qanunların tələbidir. Dünya birliyi beynəlxalq qanunları icra etməyə borcludur. İşğalçı ölkənin beynəlxalq qanunlar qarşısında cəzalandırılmaması və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra edilməməsinə göz yumulması ikili standartların açıq təzahürüdür və ermənipərəstlikdir. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  2. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
  3. Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb
  4. Çaylarda sululuq artıb
  5. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  6. İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb
  7. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  8. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  9. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  10. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Kanadanın Makmaster Universiteti və Fransanın Paster İnstitutunun alimləri ən qədim patogenin — bubon taunun törədicisi olan Ətraflı
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib