azadses.az » Cəmiyyət » Gələn il pensiyalar bu qədər artacaq

Gələn il pensiyalar bu qədər artacaq

İlin sonuna doğru yaxınlaşdıqca 2023-cü ildə pensiyaların nə qədər artacağı haqda məsələ aktuallaşır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir.

Bəs, ümumiyyətlə, əmək pensiyaları hansı mexanizmlə artırılır? Yüksək pensiya artımı gözləməyə dəyərmi?

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda pensiyaların artımı dedikdə iki hal başa düşülür. Bunlardan biri minimum pensiya məbləğinin, digəri isə pensiyaların məbləğinin indeksləşdirilməklə artırılmasıdır.

Birinci halda artım ancaq əmək pensiyasının minimum həddinə şamil olunur. Sonuncu dəfə minimum pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişiliklə bu il artırılıb. Beləliklə, minimum pensiya məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata yüksəldilib. Bu o deməkdir ki, ölkədə hazırda əmək pensiyasının məbləği minimum 240 manatdır.

Pensiyaların indeksləşdirilərək artırılması isə hər ilin əvvəlində həyata keçirilir. Məqsəd pensiya məbləğinin alıcılıq qabiliyyətinin təmin edilməsidir. Ölkə qanunvericiliyinə görə, hər ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır.

Hazırda yalnız xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyaları istisnalıq təşkil edir. Cari ildə bu qrupdan olan şəxslərin pensiyalarına 10 faiz nisbətində maddi yardım əlavə edilib. Qanunvericiliyə edilən dəyişikliklə gələn ildən onların pensiyalarının da əməkhaqqının illik artımına uyğun indeksləşdiriləcəyi gözlənilir.

Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Yəni, əvvəlki il əməkhaqları nə qədər artıbsa, növbəti il bütün növ pensiyalar da o qədər artırılır. Məsələn, 2021-ci il orta aylıq əməkhaqqı artımı 3,4 faiz olduğundan bu il pensiyalar da bu qədər artırılıb. Bununla belə, ötənilki inflyasiya göstəricisi nəzərə alınaraq cari il ərzində pensiyaçılara 3,4 faizlik artımdan əlavə 200 manat maddi yardımın edilməsi nəzərdə tutulub. Növbəti il isə bu məbləğ hər ay 16,7 manat (200/12 ay) olmaqla pensiyalara əlavə ediləcək. İndeksləşmə də bu məbləğin əlavə ediləndən sonra alınan göstəriciyə tətbiq ediləcək.

2021-ci ildə əməkhaqlarındakı artıma uyğun olaraq pensiyalar 11,4 faiz artırılmışdı. Eyni zamanda, 2020-ci ilin əvvəlində əmək pensiyaları indeksləşdirilərək 16,6 faiz artırılıb. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2018-ci ildə 5,7 faiz, 2019-cu ildə isə 3 faiz artım olub.

Bu baxımdan gələn il pensiyaların nə qədər artacağı da bu ilin yekununda əməkhaqlarının artım göstəricisindən asılıdır. DSK-nın məlumatına görə, bu ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artıb. İlin sonuna qədər bu göstəricidə ciddi dəyişikliyin olmayacağını nəzərə alsaq, 2022-ci il üzrə əməkhaqlarının 14 faiz səviyyəsində artacağını ehtimal etmək olar. Belə olan halda gələn il pensiyaların 14 faiz səviyyəsində artacağını demək mümkündür. Nəticədə cari ildə aylıq 250 manat pensiya və hər rüb 50 manat (illik 200 manat) maddi yardım alan şəxsin pensiyası gələn il 37,3 manat artaraq 304 manat təşkil edəcək.

Həmçinin xüsusi şərtlərlə pensiya alanların cari ildə aldığı aylıq pensiya və bu məbləğin 10 faizi həddində maddi yardımın toplanaraq indeksləşdiriləcəyi gözlənilir. Misal üçün, bu il əməkhaqlarının orta hesabla 14 faiz artacağı təqdirdə, cari ildə aylıq 700 manat pensiya və onun 10 faizi məbləğində maddi yardım alan belə kateqoriyadan olan şəxsin pensiyası gələn il 107,8 manat artaraq 877,8 manat təşkil edəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib