Siyavuş Novruzov: “Cənublu qardaşlarımıza demək istəyirik ki, qələbə təkcə Qarabağla yekunlaşmayacaq”
- 17-11-2022, 16:00
- Cəmiyyət

Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanın dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması vacibdir.
“Səməd Vurğun “Vaqif” poemasında yazırdı: Bir yandan Fransa, bir yandan İran, bir yandan da Rusiya göndərir fərman. Bu sətirlər bugünkü mənzərəni də əks etdirir. Havadan barıt qoxusu gəlir. Ona görə də müdafiə və təhlükəsizlik xərcləri artırılmalıdır”, - deyə Siyavuş Novruzov əlavə edib.
Bildirək ki, Azərbaycanla İran arasında siyasi gərginlik davam edir. İran Azərbaycanın Ermənistanla sərhəddə yeni mövqelərdə möhkəmlənməsinə qarşı çıxır.