azadses.az » Cəmiyyət » İslamı kostyumda sevdirən adam...

İslamı kostyumda sevdirən adam...

İslamı kostyumda sevdirən adam...

Böyük məfhumların tərifi olmur. Bu şeylərdən danışanda gərək dərindən nəfəs alasan, içinə küləklər əsə, sinən ümman kimi qabara... Və hər cəhddən sonra bu ümmanda bir az da batdığını düşünərək uzun-uzun danışasan.

Ana, Allah, Vətən, sənət kimi...

Onun kimi adamlar haqqında yazmaq da əzəldən çətindir, ölümü məsələni bir az da müşkül etdi: Hacı Şahin+ölüm. Hər ikisindən sanbal yağır, birləşdisə, danışma.

Onun sahəsindəki adamların dostu qədər düşməni olur.
Onu sevməyən adamı isə görmədik.

Ateistlərin belə haqqında bölüşdükləri xatirələri oxuyanda, Hacı Şahini tanımasan, elə bilərsən kimsə səhabələrdən danışır, yaxud hədis, rəvayət oxuyur.
O, İslamın gözəl siması idi.

O, göstərdi ki, kostyumda gəzərək də, haqqında hədis kimi xatirələr yarada bilərsən.
“Əsl İslam bu deyil” deyib axtardığımız əsl İslam Hacı Şahində idi.

Təbii, çox yaşaya bilməzdi. Yaşatmazdılar - belə insanların ən təbii, ilk haqqı əlindən alınır, yaşamaq haqqı...

Onu insanlar yaşatmadı...

Hər gün onlarla qəbiristanlıq qarğasını göyərçinə çevirmək insan işi deyil. Bu qüdrətə bir ürək elə 48 il dözərdi.
O, ən sadə mövzular haqqında da diri söz deməyi bacarırdı. Nitqində xəbər olmayanda, yeni təşbehlər deyirdi. Nəyinsə, nəyəsə oxşaması insan övladına xoş gəlir axı.

Hacı Şahin Azərbaycanda bəlkə də yeganə adam idi ki, onun gələcək postunu düşünəndə sevinirdik. Səhiyyə, mədəniyyət, təhsil haqqında bunu ürəklə deyə bilməsək də, din haqqında deyə bilirdik: İslam əmin əllərdədir.

O, İslamı milliləşdirməyi bacaran azərbaycanlı idi. Hacı Şahini İslamın Azərbaycan brendi adlandırmaq olar. O, Sovet dövründə formalaşdırılmış din adamı obrazını müasir Azərbaycanın milli məfkurəsinin ortaya qoyulmasıyla darmadağın etdi. Məhz Hacı Şahinin simasında biz bütün dünyaya göstərə bildik ki, müasir Azərbaycan dövlətinin dini fəlsəfəsi nədən ibarətdir. Adətən biz klassiklər haqqında danışarkən məhz "Peterburq məktəbi"nə istinad edərək həmin şəxsləri hansı mədəniyyətin yetişdirdiyini xatırlayırıq. Amma bu gün yetişən Polad Həşimovlar, Mübariz İbrahimovlar, Qurban Qurbanovlar, Hikmət Mirzəyevlər, Hacı Şahinlər qeyd etdiyimiz kimi, milli düşüncənin, xalqın doğru istiqamətdə inkişaf etdiyini göstərir. Hacı Şahin vaxtsız vəfat etsə də, o, bu mövzuda missiyasını başa çatdıra bildi.

İslam yarandığı gündən dünyanı özünə xidmət etdirib, Hacı Şahin İslamı Azərbaycana xidmət etdirirdi.
Dini təhsilini harada almasından – İranda, Turanda, Ərəbistanda – lap Sarbonda – asılı olmayaraq hamı onun qarşısında əriyirdi. Sinəsinə yığdıqlarını onun önündə saf çürük edir, etinasının qarşısında mum olurdu.

Qafqaz müsəlmanlarının ilk Şeyxülislamı Məhəmmədəli Hüseynzadədir: Şeyx Əhməd Salyaninin atası (Əhməd Hüseynzadə) Əli bəy Hüseynzadənin isə ulu babası idi. Əli bəy Hüseynzadə atasını erkən itirdikdən onu babası böyüdüb. Qafqazın III şeyxülislamının tərbiyyəsi ilə böyümüş Əli bəy Hüseynzadə “Üçrəngli bayraq”, “Paytaxt Bakı” və bir çox dünyəvi, mütərəqqi ideyaları ilə Azərbaycanı 72 il sovet zindanında diri saxlamağı bacardı.

Şeyxülislam tərbiyəsi ilə böyüyən Əli bəy Hüseynzadə cəhalət dövründə “kafər universitetləri”ndə təhsil görməkdən usanmadı, Mendeleyevdən, Jukovskidən dərs aldı... Nəticədə bu cılız Əli bəy əsrlərlə xanların tonlarla qızılı əridib birləşdirə bilmədiyi ölkənin sütunlarından biri oldu.
Hacı Şahin hər gün bir az da öz xoşsima İslamı ilə dövlətə yaxınlaşdıqca gələcəyi təhlükə vəd edən böyük bir cəhənnəm kütləsinin üstünə müqəddəs yağış yağırdı. Göydən məhəbbət leysanı tökülürdü və düşünürdük ki, bununla da müxtəlif kəslərin əlində alətə çevrilən İslam, nəhayət ki, əsl siması ilə qarşımıza gələcək, qüdrətli tribunalardan səslənəcək.

Təəssüf, leysanın ömrü uzun olmur.

Ancaq heç bir leysan nəticəsiz olmur.

Leysan ən azından mas-mavi səma yaradır.

Aydın səma isə heçnəyi gizləmir. Cəngəlliklərdə də olsa, uçuşan gənc şahinlər gözə dəyir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu