azadses.az » Cəmiyyət » Tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələri açıqlanıb

Tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələri açıqlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı xüsusi komitə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin keçən il fəaliyyəti üzrə qrup və kateqoriyaları yenidən qiymətləndirib.

Agentlikdən "Report"a verilən məlumata görə, qiymətləndirmə tibb müəssisələrində qabaqcıl iş üsullarının tətbiqi, kadr potensialının gücləndirilməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrində çalışan heyətin layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi məqsədlərini daşıyır və tibb müəssisələri arasında sağlam rəqabət mühitinin inkişaf etdirilməsinə xidmət edir.

Tibb müəssisələrinin dəyərləndirilməsi günlük orta müraciətlərin, illik stasionar cərrahi əməliyyatların sayı, tibbi avadanlıqların mövcudluğu kimi kəmiyyət meyarları və xəstələrin çarpayıda keçirdiyi orta günlərin, həkim ixtisaslarının, xaricdə təhsil almış həkim mütəxəssislərin sayı, laboratoriyalarda aparılan analizlərin çeşidlilik səviyyəsi kimi keyfiyyət meyarları üzrə həyata keçirilir.

Qiymətləndirmənin nəticələrinə gəldikdə, vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin yüksəldilməsi baxımından 2021-ci il ilə müqayisədə 2022-ci ildə tibb müəssisələrinin fəaliyyətində mühüm irəliləyişlər qeydə alınıb və onlar qrup və kateqoriya göstəriciləri üzrə yüksəlibər.

Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının qrup və kateqoriyası 2B-dən 3B-yə yüksəlib. Müəssisənin geniş spektrli xidmət çeşidinə malik olması, xidmət göstərdiyi ərazinin genişliyi və sakinlərinin sayının çoxluğu nəzərə alınaraq o, ümumi profilli tibb müəssisəsi statusundan çoxprofilli tibb müəssisəsi statusuna keçid alıb. Saray Modul tipli Xəstəxananın birləşdirilməsi hesabına Abşeron Rayon Mərkəzi Xəstəxanasında çarpayıların sayı 180-dən 372-yə yüksəlib, 2021-ci il ilə müqayisədə pasiyentlərə göstərilən ambulator və stasionar xidmətlərin, habelə aparılmış cərrahi əməliyyatların sayı artıb.

Quraşdırılmış əlavə avadanlıqlar hesabına isə tibb müəssisəsinin laboratoriya səviyyəsi 3-cü səviyyədən 4-cü səviyyəyə yüksəlib ki, bu da öz növbəsində vətəndaşların daha geniş laborator xidmətlərdən istifadə etməsinə imkan verir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası və Quba Rayon Mərkəzi Xəstəxanasının kateqoriyaları isə 2B-dən 2A-ya yüksəlmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əlavə avadanlıqların quraşdırılması, cərrahi əməliyyatların sayının artması, habelə "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı” və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" kimi keyfiyyət göstəricilərinin yaxşılaşması müəssisənin kateqoriyasının artmasına səbəb olub.

Quba Rayon Mərkəzi Xəstəxanasının kateqoriyasında baş vermiş yüksəliş isə COVID-19-la mübarizə aparan tibb müəssisəsi statusunun ləğv olunması nəticəsində günlük müraciətlərin orta göstəricisinin, həkim personalının sayının artması, "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı" və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" keyfiyyət göstəriciləri yaxşılaşması ilə əlaqəlidir.

Qaradağ və Pirallahı Tibb Mərkəzləri və Qobustan Rayon Mərkəzi Xəstəxanasında "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı" və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" keyfiyyət göstəricilərinin yaxşılaşması, həmçinin Qobustan Rayon Mərkəzi Xəstəxanasında bu göstəricilərlə yanaşı həkim sayının artması hesabına sözügedən tibb müəssisələrinin kateqoriyalarının 2D-dən 2C-yə yüksəlməsi ilə nəticələnib.

Qiymətləndirmənin yekunlarına əsasən müəyyənləşən qrup və kateqoriyaları üzrə tibb müəssisələrinin heyəti həvəsləndirici əlavələr ilə təmin olunurlar. Belə ki, tibb müəssisəsinin fəaliyyət göstəriciləri həvəsləndirici əlavələr ilə düz mütənasiblik təşkil edir. Tibb və qeyri-tibb personalının aldığı həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricilərindən asılı olaraq dəyişir. Sözügedən proses “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə tənzimlənir. Qaydaya əsasən tibb müəssisələrində çalışan işçilərinin əməkhaqlarının formalaşdırılmasında ədalətlilik prinsipinin təmin olunması məqsədilə tibb müəssisələri 3 qrupa və hər qrup üzrə müvafiq olaraq A, B, C, D kateqoriyalarına bölünürlər. I qrup – ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri, II qrup – ümumi profilli tibb müəssisələri, III qrup – çoxprofilli və elmi-tədqiqat tibb müəssisələrini əhatə edir.

Nümunə olaraq xəstəxananın qrupunda baş vermiş dəyişikliyin (məsələn, xəstəxana qrupu 2B-dən 3B-yə yüksəlmişsə) həkim-pediatrının əməkhaqqısına etdiyi təsirə nəzər salaq: Ambulator fəaliyyət üzrə həkim-pediatrın 9-cu dərəcə aylıq vəzifə (tarif) maaşı 478 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavəsi 300 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbuluna görə dəyişir) təşkil edir. 2B kateqoriyalı xəstəxanada həkimin işin nəticəsinə görə həvəsləndirici əlavəsi 1.2 əmsalı ilə hesablanırdısa, dəyişiklikdən sonra, yəni 3B kateqoriyalı xəstəxanada 1.4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1638 AZN (478+800+300*1.2), 3B kateqoriyası üzrə isə 1698 AZN (478+800+300*1.4) təşkil edəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?