Uşaq hüquqları ilə bağlı 2026-2030-cu illər üçün fəaliyyət planı hazırlanır
- 29-05-2025, 14:55
- Cəmiyyət
Uşaq hüquqları ilə bağlı 2026-2030-cu illər üçün fəaliyyət planının işlənib hazırlanması prosesinə başlanıb.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdalıyeva mayın 29-da Bakıda keçirilən uşaq hüquqlarına həsr edilmiş dəyirmi masada deyib.
Onun sözlərinə görə, bununla bağlı işçi qrupun yaradılması istiqamətində də bütün aidiyyəti qurumlara müraciət ünvanlanıb:
"Eyni zamanda BMT-nın Uşaq hüquqları komitəsinin sədri də bu fəaliyyət planının işlənib hazırlanmasına ekspert kimi cəlb edilib. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına görə Azərbaycana tövsiyələr sırasında koordinasiyanın təşkili də mövcuddur. Buna həm nazirlər, həm də icra başçılarının uşaq hüquqlarının təminatı sahəsində əlaqələndirilməsinin gücləndirilməsi daxildir. Hər iki məsələ ilə bağlı əsaslı tədbirlər görülməkdədir".
G.Nağdalıyeva həmçinin bildirib ki, BMT-nin tövsiyələrinə əsasən dövlət uşaq büdcəsinin yaradılması istiqamətində ilkin yol xəritəsinin müəyyənləşdirilməsi üçün xüsusi təhlil aparılıb və hazırda bu istiqamətdə addımlar davam etdirilir.