azadses.az » Cəmiyyət » Hicran Hüseynova: “Prezidentin təsdiq etdiyi plan məişət zorakılığının aradan qaldırılmasına töhfədir”

Hicran Hüseynova: “Prezidentin təsdiq etdiyi plan məişət zorakılığının aradan qaldırılmasına töhfədir”

“Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün hər üç istiqamətdə əsaslı nailiyyətlər əldə olunub. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilib və davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Bu qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu olub”.
''Azad Səs'' AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
“Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Əhalinin rifah halının yaxşılaşdırılıması üçün həyata keçirilən sosial islahatlar nəticəsində hər bir təbəqənin hüquq və azadlıqları nəzərə alınır və bu proses davam etməkdədir.
Lakin bütün bunların fonunda qadınlara qarşı zorakılıq, bütövlükdə məişət zorakılığı, cinsi mənsubiyyətinə görə tətbiq edilən zorakılıq həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox aktual olan mövzulardandır. Ölkəmiz 1995-ci ildən qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında Konvensiyanı ratifikasiya edib və hər beş ildən bir dövrü hesabat verir. Məlum olduğu kimi, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Qanunun tətbiqi ilə bağlı bir sıra mexanizmlər müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə 5 sənəd qəbul olunub. Bu qanunun implementasiyası üçün 2012- 2019-cu illər ərzində respublikanın rayon və şəhərlərində mövzusunda məhkəmə işçilərinin, hakimlərin, hüquq-mühafizə orqanlarının, nazirliklərin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə regional konfranslar, təlimlər, dəyirmi masalar, sorğular keçirilib.
Eyni zamanda, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədilə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender əsaslı zorakılıq hallarının qarşısının alınması, ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məsələləri öz əksini tapıb. Qadınlara qarşı zorakılıq yeni qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində qlobal dayanıqlı inkişafa maneə kimi qəbul edilib. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilk dəfə qlobal inkişaf məqsədlərinin (Məqsəd 5.2) prioritetlərindən biri kimi təyin olunub və bizim də bu sahədə öhdəliklərimiz var.
Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var ki, buraya uşaqların (məs. körpə ölümü səviyyəsinin yüksək olması, təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətmə), ailələrin (boşanma səviyyəsinin artması və ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və nəsillərarası münasibətlər) məruz qaldığı təsirlər daxildir.
Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Məhz bu baxımdan, noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı qarşımızda dayanan vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verəcəkdir. Bu sənədin əsas əhəmiyyətlərindən biri də müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən (AQUPDK) Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsidir. Bu isə həmin istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının məsuliyyətini bir daha artırır. 21 ildir ki, BMT-yə üzv dövlətlər 25 noyabr tarixini “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” kimi qeyd edir və 16 günlük fəallıq kampaniyası keçirir. Bu günlərdə belə bir sənədin qəbul olunması xüsusi mahiyyət daşıyır”, - deyə Hicran Hüseynova qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?