Təhsil Nazirliyi: "Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək"
- 11-09-2020, 16:15
- Cəmiyyət
“Məktəb daxilində hazırlıq keçirilməsinə icazə verilməyəcək. Buna səbəb epidemioloji vəziyyəti nəzarətdə saxlamaqdır".
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn konfrans zamanı bildirib.
O vuğulayıb ki, əlavə şagird gəlməsi sıxlığa səbəb ola bilər.
Vəfa Yaqublu həmçinin deyib ki, valideynlər övladları üçün əlavə müəllim tutmaq istəyirsə bu, onların şəxsi işidir: “Amma bunu məktəb daxilində etmək qəbuledilməzdir”.