azadses.az » Cəmiyyət » “Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz olur”

“Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz olur”

“Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat əbədi olmaqla yanaşı, dünyaya ədalət çağırışının edilməsində heç bir tərəddüdlə, təəccüblə qarşılaşmır. Tarix faktlara əsaslandığı qədər də saxtakarlıgı sevmir”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
V. Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev 30 ildən artıqdır ki, davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərir, erməni yalanlarını faktlar əsasında ifşa edir, ən yüksək tribunalardan dünyanın hüquq problemini yaşadığını önə çəkərək, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədiyi üçün sanksiyaların tətbiq edilməsini tələb edir:
“Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırması, işğalçı dövlətin müharibəyə hazırlaşdığını əsaslı şəkildə bildirməsi qarşı tərəfin yalanlarının miqyasını ifşa etdi, ən əsası Ermənistanın hiyləgər, riyakar bir dövlət olduğunu təsdiqlədi”.
V.Rəhimzadə diqqəti “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın aparıcıların suallarını cavablandırmalarına yönəldərək bildirib ki, bir tərəfdə həqiqət, beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipi, digər tərəfdə isə yalan, böhtan, hüququn kobul şəkildə pozulması və ərazi bütövlüyü prinsipinə hörmətsizlik dayanırdı:
“Dövlətimizin başçısı cənab İlham Əliyev aparıcıların suallarını, necə deyərlər, daşdan keçən faktlar və dəlillər əsasında cavablandırmaqla bir daha bəyan etdi ki, Ermənistanın son təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək görərik ki, işğalçı dövlətin müharibəyə hazırlaşdığı özünü qabarıq şəkildə bürüzə verir. BMT tribunasından da bu məqam dünyaya çatdırıldı. Hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə, qondarma Dağlıq Qarabağ rejimini tərəf kimi prosesə cəlb etməyə cəhd göstərən Nikol Paşinyan "Qarabağ Ermənistandır" bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi. Eyni zamanda, qondarma Dağlıq Qarabağ respublikasında keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır.
Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır. Dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi, bu bəşəri bəladan xilas olmaq üçün birgə yolların axtarıldığı bir zamanda Ermənistanın dəfələrlə cəbhə xəttində təxribatlar törətməsinə nə ad vermək olar? İşğalçı dövlət öz daxili gərginliyini ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda baş verənlərdən yayındırmaq üçün ən çirkin yollara əl atır. Ermənistanın Baş Nazirinin həmin verilişdə Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi də onun alçaq niyyət və məqsədlərinin tərkib hissəsidir”.
Baş redaktor əlavə edib ki, N.Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar:
“Utanıb-qızarmadan bəyan edir ki, Türkiyə bu prosesə cəlb edilib. Guya Türkiyənin hərbi təlimçiləri və yüksək vəzifəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir. Ermənistanın Baş Naziri həyasızcasına bir qədər də irəli gedərək bildirir ki, beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir. 30 ildən artıqdır ki, özünü riyakarcasına dünyaya “yazıq, məzlum, işğala məruz qalan” dövlət kimi təqdim etmək istiqamətində səylər göstərən Ermənistan hakimiyyəti öz siyasi savadsızlığını növbəti dəfə qabarıq şəkildə büruzə verir, eyni zamanda, nə qədər aciz, cılız olduğunu təsdiqləyir. Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil qurum kimi təqdim edən savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır”.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında, həmçinin beynəlxalq təşkilatların tribunasından, mötəbər tədbirlər çərçivəsində dünyanın nüfuzlu KİV-inə müsahibələrində hər zaman Ermənistan rəsmilərinə tarix dərsini keçir:
“Ermənistanın bu gün Türkiyəni tənqid atəşinə tutmasının səbəbləri bəllidir və bunu dövlətimizin başçısı İlham Əliyev belə əsaslandırıb. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
Rəsmi Ankaranın Azərbaycanın mövqeyini dəstəkləməsi, Azərbaycanın yanında olması işğalçı dövləti hər zaman narahat edir. Digər bir narahatçılıq isə dost ölkənin münaqişənin həllində vasitəçiliyə cəlb edilməsinin gündəmdə olmasıdır. Simasızlığı, riyakarlığı, yalanı siyasətinin əsas prinsipi kimi qəbul edən işğalçı dövlətdən ədalətli yanaşma, həqiqətə uyğun fikir gözləmək mümkün deyil. N.Paşinyanın Azərbaycan Ordusunun qələbəsini inkar etməsi, Azərbaycanın hərb yolunu seçməsinin mümkünsüzlüyünü bildirməsi də deyilənlərin təsdiqidir.
Dünya birliyi bu reallığı qəbul etməlidir ki, beynəlxalq hüquq maraqların arxasında əridikcə Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz, gülünc duruma düşür”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?