azadses.az » Cəmiyyət » “Sülhməramlıların rəhbərlərinin Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır”

“Sülhməramlıların rəhbərlərinin Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır”

Rusiya Prezidentinin xahişi ilə Kəlbəcərin tam azad edilməsi üçün verilmiş vaxtın Prezident İlham Əliyev tərəfindən 10 gün uzadılamasına razılıq verməsini doğru addım hesab edirəm. Bir daha təsdiq edirəm ki, bu 44 gün ərzində qazandığımız çox böyük Qələbədir və tariximizdə öz layiqli yerini tutacaq. Ancaq düşmənimizin nə qədər hiyləgər, yalançı olduğunu bildiyimizdən onların hər addımını izləməli və dərhal münasibətimizi bildirməliyik. Buna görə də bəyanat imzalandıqdan bu günə qədər baş verən bəzi hallara narazılığımı bildirib aydınlıq gətirilməsini və bəzi iradların bəyanatın səbəbkarı, tərəfdarı və qarantı olan Rusiya Federasiyası rəhbərliyinə rəsmi şəkildə bildirilməsini vacib sayıram:
- Müqavilə imzalanandan bu günə qədər Rusiya sülhməramlı qüvvələrinin rəhbərlərinin qondarma qurumun rəhbəri Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır. Bu, gələcəkdə erməni tərəfinin bəzi hiylələrinə rəsmi don geyindirməsinə xidmət edəcək. Əgər bu görüşlər hələ də silahlı qüvvələrin A.Arutunyanın tabeçiliyində olduğuna görə Dağlıq Qarabağı tərk etmələri proseslərini sürətləndirmək üçündürsə, onda həmin rəhbərlər bunu rəsmi şəkildə elan etməlidirlər. Ən əsası bu görüşlər nə üçün qondarma qurumun bayrağı altında keçirilməsinə aydınlıq gətirilməlidir.
- 10 gün vaxt əhalinin ərazini tərk etməsi üçün fiziki məhdudiyyətlərin olması ilə bağlıdırsa nə üçün həmin yollarda Dağlıq Qarabağdan kəsilmiş ağaclarla dolu onlarla maşınlar şütüyür və nə üçün sülhməramlı qüvvələr ağacların kəsilməsi, evlərin yandırılması kimi vandallığın qarşısını almırlar?!
- Qarşı tərəf 10 gün vaxtı həm də həmin yolla silahlı qüvvələrin ərazini tərk etməsi üçün istəmişdi. Müqaviləyə əsasən də silahlı qüvvələr həmin əraziləri tərk etməlidirlər və yoldakı sıxlıq nəzərə alınaraq da bu vaxt verilmişdir. Əgər belədirsə, onda nə üçün qondarma qurumun silahlı qüvvələrinin rəhbəri general leytenant Mikayıl Arzumanyan bu gün saat 15.40-da Sputniik Armenia-da yayılmış müraciətində "Artsax"ın mövcud olduğunu, müharibənin nəticələrinə uyğun təhlillərdən sonra yenidən birləşməklə Artsaxın varlığını təmin edəcəklərini deyir? Bu müraciətdən birmənalı şəkildə görünür ki, düşmən verilmiş vaxtdan toparlanmaq, səhvləri təhlil edib yenidən müharibəni "Artsax"ın müstəqilliyini təmin edənədək davam etmək fikrindədir. Belə olan halda Azərbaycan tərəfi ərazimizdən bir dənə də silah-sursat çıxarılmasına imkan verməməlidir. Bu, çox ciddi məsələdir və razılaşmanın yerinə yetiriləcəyinə ciddi şübhələr yaradır. Ona görə bu məsələ də Rusiya hakimiyyəti qarşısında qaldırılmalı və erməni tərəfində olan bu şəxsin bəyanatına, xalqa müraciətinə aydınlıq gətirilməlidir.
Başa düşürəm ki, erməni tərəfinin bir çox bəyanatları daxildəki gərginliyi azaltmaq məqsədi daşıyır və erməni "farmazon"luğunun təzahürüdür. Ancaq bunların hər birinə reksiya verilib aydınlıq gətirməsək çox çətinliklərlə üzləşəcəyik. Hər belə hal Rusiya rəsmiləri tərəfindən cavablandırılmalıdır.
 
Aslan İsmayılov
 
Hüquqşünas
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib