Qənirə Paşayeva: “Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”
- 22-08-2020, 16:29
- Manset

Bunu APA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, burada işin ən bağışlanmaz tərəflərindən biri də, üzrxahlıq etməkdənsə, özünü haqlı çıxarmaq və yaxud susmaqdır: "Heç bir vəzifəli şəxs, cənab Prezidentin "Heç kəs qanundan üstün deyil”, "Qaydlar hamı üçündür” kimi fikirlərini, cənab Prezidentin şəxsi nümunəsini, özəliklə karantin dövründəki örnək addımlarını, çağırışlarını unutmamalıydı!
Mən məsələnin hüquqi tərəfini gözardı etmədən, daha çox mənəvi məsuliyyətini qeyd etmək istərdim.
Elə bilirəm, aktiv sosial media iştirakçılarının, ictimai fikri qidalandıran ziyalıların, sadə vətəndaşların verdiyi reaksiyalar da birmənalı şəkildə, toy sahibiləri və iştirakçılarını haqlı qınağa tutur, onları izahata, üzrxahlığa dəvət edir. Onlar bunu etməyə özlərində güc tapmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, cənab Prezidentin də söylədiyi kimi, heç kəs qanundan üstün deyil, bütün vətəndaşlar statusundan, imkanlarından asılı olmayaraq qanun qarşısında bərabərdir və cəmiyyətimiz bir daha bunun şahidi olur”.
Q. Paşayeva bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir: "Heç kim qanunlardan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”.