azadses.az » Dünya » “Sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün kömək etməliyik”

“Sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün kömək etməliyik”

“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi və regionda söz sahibinə çevirdi.
Hazırda atəşkəs rejimidir, amma bu, sülh müqaviləsi deyil. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır”.

“Azadsəs.com” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIll Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik:

“Açıq toqquşmalar baş verəndə düşündük ki, bu, heç vaxt ola bilməzdi. Amma bu situasiya ona dəlalət etdi ki, iki ölkə arasında müharibə hər məqamda baş verə bilərdi. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq. 30 il davam edən düşmənçilik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib. Əvvəllər azərbaycanlı və ermənilər qarışıq nikaha girirdilər. Amma indi gənc nəsil arasında belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənçilik var”.

Keçmiş səfir, həmçinin əlavə edib ki, sülhün bərpa olunması üçün iki ölkə rəhbəri üçün müəyyən zaman lazım gələcək: “Ermənistan öz işğalçı siyasətinə son qoymalıdır. Sülh müqaviləsi Ermənistana fayda gətirəcək. Ermənistan bazarı kiçikdir və onun iqtisadi inkişafı digər qonşu ölkələrdən asılıdır. Əgər qonşu ölkələrlə münasibətləri düzəltməsə, bu, onun özünə ziyan vuracaq. Belə başa düşürük ki, münasibətlərin bərpa edilməsində xalq ölkəyə dəstək çıxmayacaq. Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın və bu barədə danışıqlar aparılsın, iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu, çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib