Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO

Bu barədə TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir.
Ksavyer Mask artıq Vivian Cenna Uilson oldu.
Qeyd olunur ki, Uilson yeniyetmənin anasının qızlıq soyadıdır.

Nəşrin məlumatına görə, Vivian Cenna tezliklə yeni doğum şəhadətnaməsi alacaq.
Mask kanadalı yazıçı Castin Uilson ilə 2000-ci ildə evlənib. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).

