“Liman şəhəri tamamilə təmizləndi” - Zelenski

Zelenski bu haqda sosial media hesablarında məlumat paylaşıb.
O, paylaşdığı qısa video mesajında “Saat 12.30-a görə Liman tamamilə təmizləndi” sözlərini deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti dünən axşam verdiyi açıqlamada limanda Ukrayna bayrağının dalğalandığını, lakin şəhərdə qarşıdurmaların davam etdiyini bildirmişdi.
Ukrayna Müdafiə Nazirliyi isə dünən Ukrayna əsgərlərinin Liman şəhərinə daxil olduğunu açıqlamışdı.