Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü: Ölənlər var

Hər iki pilotun öldüyü bildirilib. Həmçinin, təyyarənin düşdüyü binadan üç azyaşlı təxliyə olunub.
Qəza nəticəsində başlayan yanğının 100 kvadratmetr sahəni əhatə etdiyi qeyd olunub.
15:00
Rusiyada hərbi təyyarə yaşayış binası üzərinə düşüb.
Hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.
İlkin məlumata görə, hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.