Tailandda parlament seçkilərində səsvermə başlayıb
- 14-05-2023, 16:30
- Dünya
Tailandda bazar günü parlament seçkilərində səsvermə başlayıb.
“Report” xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17:00-dək (Bakı vaxtı ilə 14:00) açıq olacaq.
Mütəxəssislər keçmiş hökumət başçısı Taksin Çinavatın qızı Pxetxonqtxan Çinavat baş nazirliyə namizəd olduğu müxalifətin “Taylar üçün” partiyasının səslərin çoxunu ala biləcəyini gözləyirlər. Eyni zamanda ekspertlər hesab edirlər ki, bu partiyanın inamlı qələbə qazanması, gənclər arasında populyar olan Gələcək Partiyasının dağılmasından sonra yaradılan “İrəli Hərəkat” siyasi birliyinə görə çətin olacaq.
Bu dəfə hazırkı hökumət başçısı Prayut Çan-Oça seçkilərdə iştirak edən Xalq Dövlət Qüvvələrinin tərkibindən çıxan Birləşmiş Tailand Milləti partiyasını təmsil edir.
Seçki komissiyası tərəfindən 67 partiyadan 6,6 minə yaxın namizəd səsverməyə buraxılıb. Eyni zamanda, baş nazir postu uğrunda 42 partiyadan 62 namizəd mübarizə aparacaq. Tailandda təxminən 52 milyon insan səsvermə hüququna malikdir, krallığın əhalisi 66,09 milyon nəfərdir.