Niderland Qolodomor faciəsini soyqırımı kimi tanıyıb
- 7-07-2023, 16:33
- Dünya
Niderland parlamenti Qolodomor faciəsini soyqırımı kimi tanıyıb.
“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.
O bildirib ki, Niderlandın Nümayəndələr Palatası 1932-1933-cü illər Qolodomor faciəsini soyqırımı kimi tanıyıb: “Bu, tarixi həqiqətin bərqərar olması yolunda mühüm addımdır”.
D.Kuleba Niderlanda təşəkkür edib.
Qeyd edək ki, "Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını deyirlər.
"Qolodomor" qurbanlarının xatirəsi rəsmi olaraq 1998-ci ildən qeyd edilir.