Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb
- 30-03-2025, 08:56
- Dünya
Ermənistanın Kotayk vilayətinin Çarentsavan şəhərində qətl hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə "shamshyan.com" kriminal xəbərlər saytı məlumat yayıb.
Məlumata görə, şəhərdə tanınmış restoran yaxınlığında baş vermiş hadisə nəticəsində 21 yaşlı Rubik Xanoyan öldürülüb, daha dörd nəfər yaralanıb.
Qeyd olunub ki, yaralılar Çarentsavandakı tibb mərkəzindən təcili yardım maşını ilə Yerevana, Mikaelyan adına xəstəxanaya çatdırılıblar.
Müstəntiqlər və polis hadisənin təfərrüatlarını araşdırır.