Norveçdə üç nəfərə bıçaqla xəsarət yetirilib
- 30-03-2025, 10:32
- Dünya
Norveçin Trondheym şəhərində bir kişi üç nəfəri bıçaqla yaralayıb.
“Report” xəbər verir ki, bu barədə NRK yayım korporasiyası məlumat yayıb.
Bildirilib ki, iki yaralının vəziyyəti ağır qiymətləndirilir, lakin həyatları üçün təhlükə yoxdur. Hücum etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, ona da tibbi yardım göstərilib.
“Bir nəfərə qarşı ittiham irəli sürülüb. Biz digərlərinin baş verənlərdəki rolunu araşdırırıq. Hazırda hadisələrin necə inkişaf etdiyi tam aydın deyil”, – polis nümayəndəsi Silye Flak Berqbü bildirib.
Hüquq-mühafizə orqanları insidentə məişət zəminində münaqişənin səbəb ola biləcəyini istisna etmirlər.