Almaniya Rusiyanın hücum ssenarisini simulyasiya etmək üçün təlimlər keçirəcək
- 6-04-2025, 11:22
- Dünya
Almaniya Silahlı Qüvvələri bu ilin payızında "Rusiya hücumu" ssenarisini tətbiq etmək üçün kütləvi hərbi təlimlər keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Təlimlərin sentyabrın 25-də Hamburqda başlayacağı dəqiqləşib. Bundesver Rusiyanın Qərbə mümkün hücumu ssenarisini hazırlamağa başlayacaq. Nəşrin məlumatına görə, tədbirlərdə NATO ölkələrinin sayı 800 minə qədər olan kontingenti də iştirak edəcək.
Təlimdə əsas diqqət infrastrukturun qorunmasına deyil, fövqəladə vəziyyət zamanı qoşunların Baltikyanı ölkələrə və Polşaya nə qədər tez yerləşdirilə biləcəyinə yönələcək.
Mütəxəssislərin fikrincə, Rusiyanın hücumu 4-5 ildən sonra baş verə bilər.