KİV: Cənubi Koreyada prezident seçkiləri iyunun 3-nə planlaşdırılır
- Bu gün, 11:20
- Dünya
Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin çərşənbə axşamı planlaşdırılan iclasında qaldırılacaq. "Seçkilərin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma bu, səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - mənbə bildirib.