Yeni baş nazir: Qrenlandiya istər ABŞ, istərsə də Çin tərəfindən alına bilməz
- 8-04-2025, 12:11
- Dünya
“Qrenlandiyalılar heç bir ölkədən adanı almaq təklifini heç vaxt qəbul etməyəcəklər”.
“Report”un məlumatına görə, bunu Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın adaya iddiaları fonunda “DR” televiziya və radio şirkətinə müsahibəsində deyib.
“Mən Qrenlandiya xalqının nə vaxtsa onların azadlığını əlindən alacaq təklifi qəbul edəcəyini qəti şəkildə inkar edirəm. Adanın alınması ilə bağlı hər hansı söhbəti qəti şəkildə rədd edirəm”, - Nilsen deyib.
O qeyd edib ki, Qrenlandiya istər ABŞ, istərsə də Çin tərəfindən alına bilməz.
Xatırladaq ki, Frederik Nilsen bir gün əvvəl Qrenlandiya hökumətinin başçısı vəzifəsinə rəsmən təsdiq edilib.