Yunanıstanın müdafiə naziri: Aİ-yə müdafiə muxtariyyət üçün on il lazımdır
- 10-04-2025, 13:05
- Dünya
Avropanın müdafiə sektorunda muxtariyyət əldə etməsi üçün azı on il lazım olacaq.
“Report” xəbər verir ki, bunu Yunanıstanın Milli Müdafiə Nazirliyinin rəhbəri Nikos Dendias Belçikanın Bruges şəhərində Avropa Kollecində çıxış edərkən bildirib.
Nazirin "Yunanıstanın Aİ-nin cənub-şərq sərhədlərində rolu və Avropa müdafiə qüvvələrinin inkişafına verdiyi töhfə" mövzusunda müzakirələr zamanı verdiyi açıqlamalar Yunanıstan Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Onun sözlərinə görə, Avropa uzun illər müdafiənin prioritet olmadığı şəraitdə yaşayıb. “Əgər düşünsək ki, müdafiə muxtariyyəti sözü ilə nəzərdə tutulan kimi nəsə yarada bilərik, onda deyərdim ki, biz on ilə yaxın geridəyik”, - nazir bildirib.
"İcazə verin sizə çox sadə bir misal deyim. Tutaq ki, bizə Avropa donanması lazımdır. Sabahdan gəmi sifariş etməyə başlasaq, yeddi-səkkiz il keçməmiş onları almayacağıq. Əgər sabah sualtı qayıq sifariş etsək, ancaq 12 ildən sonra ona sahib olacağıq. Deməli, Avropa muxtariyyətinin yaradılması uzunmüddətli prosesdir, sabah əldə edə biləcəyimiz bir iş deyil", - nazir deyib.
"Biz Brüsseldən müdafiə üçün böyük rəqəmlər eşidirik - 150 milyard avro və s. Ehtiyacımız olan pulumuz olsa belə və sizə deyə bilərəm ki, 150 milyarddan çox tələb olunacaq, hətta pulumuz olsa belə, lazım olanı ağlabatan müddətdə istehsal edə biləcək strukturlar olmayacaq. Ona görə də biz bu muxtariyyətin yaradılması üçün çox səmərəli işləməli olacağıq”, - nazir davam edib.