Zelenski: Ukrayna ABŞ-dən 50 milyard dollarlıq silah almaq istəyir
Ukrayna ABŞ-dən 30, hətta 50 milyard dollara hava hücumundan müdafiə sistemləri və digər silahlar almağa hazırdır. O, silahlara bir növ təhlükəsizlik zəmanəti kimi baxır.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, Ukrayna artıq Amerika tərəfinə almaq istədiyi əlavə yardım paketi ilə bağlı sorğu təqdim edib.
"Biz Amerika tərəfinə almaq istədiyimiz böyük paketi (siyahısını-red) verdik ki, bu və ya digər formada alaq. Bu, bizim formatımızdır, bunun əvəzini ödəyəcəyik", - Prezident qeyd edib.
Zelenski Ukraynanın ABŞ-dən gələcək hərbi dəstək paketini pulsuz istəmədiyini vurğulayıb.
"Biz buna hətta təhlükəsizlik zəmanəti kimi də ümid edirik. Müqaviləmizi təhlükəsizlik zəmanəti ilə necə əlaqələndirə bilərik? Çox sadə. Bizə bir paket verin, bunun əvəzini ödəyəcəyik. Hesab edirik ki, hava hücumundan müdafiə və həqiqətən ehtiyacımız olan digər müvafiq alətləri özündə birləşdirən bu paketi təhlükəsizlik zəmanəti kimi qəbul edəcəyik", - Zelenski vurğulayıb.
Ukrayna lideri bildirib ki, ABŞ Prezidenti Donald Trampla hava hücumundan müdafiə ilə bağlı danışıb: "Mən ona telefonla dedim ki, bizə ən azı 10 ədəd (“Patriot” hava hücumundan müdafiə sistemləri - red.) verin. Bu müdafiədir, müharibə bitdikdən sonra bizə kömək edəcək, Ukraynanın hava hücumundan müdafiə ilə bağlanmasının təhlükəsizliyinin təminatıdır. Hazır olduğumuz bir çox fərqli format və vasitə. Müvafiq paket üçün 30 və 50 milyard dollar tapmağa hazır idik".