KİV: Dövlət Departamenti 132 bölmə və 700-dən çox vəzifəni ixtisar edəcək
- Dünən, 12:13
- Dünya
ABŞ Dövlət Departamentində aparılan yenidənqurma onun 130-a yaxın bölməsinin bağlanması və azı 700 vəzifənin ləğvi ilə nəticələnəcək.
"Report"un xəbərinə görə, bu barədə "Reuters" agentliyi xarici siyasət orqanında islahatlarla bağlı ilkin planları özündə əks etdirən sənədə istinadən məlumat yayıb.
Məlumata görə, Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinə təqdim edilən sənəddə Dövlət Departamentinin 132 bürosunun, bölməsinin və proqramlarının qarşıdakı ləğvi ilə bağlı müddəalar var; 732 vəzifə ixtisar ediləcək, bir çoxu başqa şöbələrə köçürüləcək və ya yenidən təşkil ediləcək.
Xüsusilə, “The Washington Post” bildirib ki, dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini vəzifəsi ləğv ediləcək. Bundan əlavə, hərbi cinayətlərin təhqiqatı ilə məşğul olan xidmətlər, həmçinin münaqişə və sabitləşdirmə əməliyyatları fəaliyyətini dayandıracaq.
Nəşr qeyd edib ki, Dövlət Departamentinin islahatı sənəddə qeyd olunan planlara əsasən, gözlənildiyi kimi radikal olmayacaq. Xüsusilə, hazırda Afrika qitəsində Amerika diplomatik missiyalarının fəaliyyətinin məhdudlaşdırılması və xarici işlər orqanının ixtisaslaşdırılmış departamentinin Afrika məsələləri üzrə xüsusi nümayəndənin ofisi ilə əvəzlənməsindən söhbət getmir.
“Reuters” qeyd edib ki, yenidənqurma proqramına əsasən, dövlət katibinin müavinlərindən tabeliyində olan işçilərin 15 %-ni ixtisar etmək üçün planlar tərtib etmələri tələb olunur. Dövlət Departamentində xüsusi yaradılmış işçi qrupu iyulun 1-dək qurumun strukturunun yenidən qurulması ilə bağlı ətraflı planları təqdim etməlidir.