Meksikada “Fugitivo” qrupunun itkin düşmüş musiqiçilərinin meyitləri tapılıb
- 30-05-2025, 10:30
- Dünya
Meksika polisi "Fugitivo" musiqi qrupunun əvvəllər itkin düşmüş üzvləri olduğu güman edilən beş nəfərin meyitini tapıb.
"Report"un xəbərinə görə, bu barədə Tamaulipas ştatının Təhlükəsizlik Nazirliyinin Mətbuat xidməti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Reynosdan olan “Fugitivo” qrupu üzvlərinin yerini müəyyənləşdirmək üçün aparılan axtarış tədbirləri çərçivəsində istintaq hərəkətləri beş nəfərin meyitinin tapıldığı ərazidə aparılıb. İlkin əlamətlərə görə, meyitlər itkin düşənlərin ola bilər", - nazirliyin xəbərində deyilir.
“Fugitivo” xüsusi tədbirdə çıxış etməli idi, lakin mayın 25-də qrup üzvləri ilə əlaqə kəsilib. Qohumları, dostları və hüquq-mühafizə orqanlarının əməkdaşları onları axtarırdı. Musiqiçilərin hansı şəraitdə öldürüldüyü araşdırılır