BAEA nüvə obyektinə zərbədən sonra İran hakimiyyəti ilə əlaqə saxlayıb
- Dünən, 16:32
- Dünya
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, təşkilat İrandakı vəziyyəti diqqətlə izləyir və radiasiya səviyyəsi ilə bağlı ölkənin səlahiyyətli orqanları ilə əlaqə saxlayır.
“Report” xəbər verir ki, Qrossinin bəyanatı təşkilatın “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.
“Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı vəziyyəti dərindən izləyir. Agentlik Natanzdakı nüvə obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər. BAEA hazırkı radiasiya səviyyələri ilə bağlı İran hakimiyyəti ilə və ölkədəki müfəttişləri ilə əlaqə saxlayır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması əlaməti yoxdur.