Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı
- 26-09-2020, 11:11
- Dünya

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Çin səlahiyyətliləri virus testlərinin pozitiv nəticələnməsi ilə əlaqədar Rusiyanın iki gəmisinin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb.
Gəmilərin Çinə balıq və dəniz məhsullarını çatdırılmalı olduğu qeyd edilib.
Qeyd edək ki, daha əvvəl Çinin Çançun şəhərində Rusiyadan gətirilən dondurulmuş dəniz məhsulları paketində koronavirusun aşkarlandığı bildirilmişdi.