Bred Pittə qarşı məhkəmədə Ancelina Coli məğlub oldu
- 18-11-2020, 09:43
- Dünya / Mədəniyyət
Bu barədə “Daily Mail” xəbər yayıb.
Coli onların boşanma işinə baxan hakimin Pittin vəkilləri ilə işgüzar əlaqələrinin olmasına görə belə bir tələblə çıxış edib. Belə ki, Oderkirk əvvəllər aktrisanın keçmiş ərini təmsil edən vəkillik şirkəti ilə işləyib.
Bununla belə, Kaliforniya Ali Məhkəməsi qərarını verib: hakim ulduz cütlüyün boşanması üzərində işləməyə davam edəcək.
Cütlüyə yaxın bir qaynaq, Colinin Oderkirki qərarlarını bəyənmədiyi üçün işdən uzaqlaşdırmaq istədiyini iddia edir. Hollivud ulduzu hakimin keçmiş ərinin vəkil komandasına kömək etdiyinə inanır.Oxu.az