Bakıda ev tikintisi zamanı uçqun - Fəhlə betonun altında qaldı
- 14-11-2021, 13:31
- Hadisə

“Azadsəs.com” FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalıb.