Partlayışdan sonra o gecə klubu da bağlandı

“Azadsəs.az”ın məlumatına görə, Nərimanov rayonu ərazisində yerləşən iaişə obyekti 3 gündür ki, fəaliyyət göstərmir. Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb. Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place”nin əməkdaşları da olub.
Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.
